Veteranların plenumu keçirilib
Tarix: 11.12.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumu keçirilib. Plenumda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri və veteranlar iştirak edib.
Plenum iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin, dünyasını dəyişmiş veteranların və dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş qəzada həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra təşkilati məsələlərə baxılıb. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev hesabat məruzəsi ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edilib ki, hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının artmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib. D.Rzayev bu diqqət və qayğıya görə veteranlar adından dövlət başçısına minnətdarlığını bildirib. D.Rzayev bildirib ki, 2015-ci il Azərbaycan veteranları üçün ən yaddaqalan il olub: "Veteranlarımıza diqqət və qayğının nəticəsi olaraq 1500 kavdart metrlik ərazidə tikilmiş inzibati binanın açılışı olub. Bu il Respublika Veteranları Təşkilatlarının 24 rayonda yeni xidməti binaları istifadəyə verilib. Bu işlər yenə də davam etdiriləcək". O, bununla yanaşı, bəzi nöqsanların da qeydə alındığını vurğulayıb. 2016-cı ildə Təşkilatın rayonlardakı nümayəndəliklərinə daha ciddi nəzarət olunacağını deyib: "Bəzi rayon nümayəndəlikləri işlərinin öhdəsindən gələ bilmir. Məsələn, Neftçala, İmişli, Sabirabad və Naftalan şəhərinin nümayəndələrinin işi yarıtmaz haldadır. Amma onlar işlərində dönüş yaratmasa, yəqin ki, dəyişikliklər olacaq". Plenum işini gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirib. İclasda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, millət vəkilləri Bahar Muradova və Xanhüseyin Kazımlı iştirak edib.





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info