Taekvondo yığmamız Dünya Kubokunu qazandı
Tarix: 11.12.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Meksikanın paytaxtı Mexikoda milli komandalar arasında taekvondo üzrə Dünya Kuboku yarışlarında Azərbaycan yığması uğurla çıxış edib.
Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda kişilərdən ibarət yığma komandamız kuboka sahib olub.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqani və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçiriblər. Qarşılaşmada milli komandamız 57:31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə də millimiz Özbəkistan komandasına şans verməyib - 31:11. Yarımfinala adlayan yığmamız Koreya Respublikasının komandası ilə görüşdə 48:30 hesablı qələbə qazanaraq finala yüksəlib. Final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42:23) Dünya Kubokuna sahib çıxıb. Koreya Respublikası və Rusiya yığmaları isə bürünc medala layiq görülüblər. Baş məşqçi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçu seçilib. Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında çıxış edən komandamız dekabrın 14-də Vətənə dönəcək.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info