Qəzada həlak olan və itkin düşənlərin ailələrinə 15 min manat birdəfəlik yardım ödəniləcək
Tarix: 11.12.2015 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Dünən Baş nazir Artur Rasizadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar sərəncam imzalayıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Sənəddə deyilir ki, Prezidentin 2015-ci il 5 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə və xəsarət alanlara nəzərdə tutulmuş təminatların ödənişini müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək, habelə xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Sərəncamda Maliyyə Nazirliyinə tapşırıq verilib ki, Dövlət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq, göstərilən birdəfəlik maddi yardımın həlak olanların və itkin düşənlərin ailələrinə ödənilməsini təmin etsin. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qanunvericilik aktlarından irəli gələn öhdəliklərin işəgötürən qismində Dövlət Neft Şirkətinin bağladığı sığorta müqavilələrinin yerinə yetirilməsi üçün tədbirlər görsün.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info