Nijni Novqorodda Heydər Əliyevə həsr olunan tədbir keçirilib
Tarix: 11.12.2015 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan tədbir keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin Nijeqorod vilayəti üzrə regional bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər administrasiyasının yüksək vəzifəli şəxsləri, yerli hakimiyyət orqanlarının, ictimai təşkilatların və diasporun nümayəndələri iştirak ediblər.
Rusiyanın və Azərbaycanın dövlət himnləri ilə başlanan tədbirdə Xəzər dənizində faciəvi şəkildə həlak olmuş azərbaycanlı neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin icraçı direktoru Roman Ağayev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tədbir iştirakçılarına məktubunu oxuyub.
Heydər Əliyevin ölkə hüdudlarımızın xaricində, xüsusilə də Rusiyada xidmətlərinə görə xatırlandığını söyləyən diaspor rəhbəri bunun qürurverici bir hal olduğunu qeyd edib: “Çox sevindirci bir haldır ki, Nijnı Novqorod rəhbərliyi və ictimaiyyəti müasir Azərbaycanın inkişafını əks etdirən kursun müəllifi kimi Heydər Əliyevi tanıyırlar. Heydər Əliyev rusiyalıların tanıdığı ən məşhur azərbaycanlıdır tezisi Rusiyanın bütün şəhərlərində isbat olunub. Sevindiricidir ki, ulu öndəri soydaşlarımızla bərabər hər bir etnosun təmsilçisi xoş təəsüratla yada salır. Rusiyalıların bizə hörmətinin kökündə həm də Heydər Əliyev fenomeni dayanır. Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Rusiya kimi nəhəng bir ölkə ilə münasibətlərini günü-gündən inkişaf etdirən bir ölkə kimi qəbul olunur. Rusiyada yaşayan diaspor təşkilatı olaraq iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni etməyə hazırıq”.
Nijniy Novqorodun müsəlmanlar idarəsinin sədri Həzrət Qayyaz Zakirov Heydər Əliyevin öndər olduğunu onun adıyla bağlayıb. “Heydər” ərəbcədən tərcümədə öndə gedən deməkdir. Biz, rusiya müsəlmanları üçün Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla izah olunur ki, hətta ateist sovet rejimi dövründə Heydər Əliyev böyük bir dövlətin rəhbərliyində olunduğuna baxmayaraq islam adət-ənənələrinin qorunub saxlanılmasında xidmətləri olub”.
Tədbirdə çıxış edən rusiyalılar ulu öndərin haqqında xatirələrini bölüşüblər. Nijeqorod vilayətinin Kstovo şəhərinin sakini Nina Utkina sovet dövründə oğlunun Bakıda təhsil aldığı illərdə Heydər Əliyevlə canlı ünsiyyəti ilə bağlı xatirələrini bölüşüb: “Mənim oğluma məhz Heydər Əliyevin əlindən diplom almaq nəsib olub”.
Heydər Əliyevin rusiyalılar arasında sevilməsinin bir səbəbini isə Nijni Novqorodun ictimai xadimi, dövlət muzeyinin direktoru, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Mixail Çirikov izah edib. O, Heydər Əliyevin xidmətlərinə məhz ulu öndərin Azərbaycandakı rus icması qarşısındakı xidmətləri kontekstində qiymət verib.“Heydər Əliyev Azərbaycanı ölkədə yaşayan bütün xalqlar üçün sabit və təhlükəsiz dövlətə çevirdi”.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) koordinatoru Ramin Rəcəbov çıxışında Heydər Əliyevin xilaskar missiyasından söz açaraq ümummilli liderin gənclərə göstərdiyi xüsusi diqqətin hal-hazırda da yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən “Mir” telekanalının istehsalı olan “Heydər Əliyev. Qalibin yolu” filmi nümayiş etdirilib.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info