Mübariz Qurbanlı: “Ölkəmiz hər zaman Vyetnam ilə əməkdaşlığa böyük önəm verir”
Tarix: 11.12.2015 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Uong Chu Luu “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və dost Azərbaycan xalqının acısını bölüşdüklərini ifadə edib.
O, ölkələrimiz arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin son illər daha da inkişaf etdiyini bildirib və parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Uong Chu Luu Yeni Azərbaycan Partiyasını parlament seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
M.Qurbanlı Azərbaycanın hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki parlamentdə mövcud olan dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bildirib. M.Qurbanlı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verib və ölkəmizin haqlı mövqeyinin hər zaman Vyetnam tərəfindən dəstəklənəcəyinə inandığını vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info