7 televiziya kanalında dil normalarının pozulması faktları aşkarlanıb
Tarix: 11.12.2015 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə layihəsi əsasında televiziya kanallarında apardığı monitorinqin nəticələri açıqlanıb.
Bildirilib ki, sentyabr-oktyabr aylarını əhatə edən monitorinq zamanı milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Monitorinq nəticəsində 7 televiziya kanalında - İctimai TV, “Xəzər” TV, ANS TV, ATV, “Space” TV, “Lider” TV və “Region” TV-də yayımlanan verilişlər izlənilərək ədəbi dil normalarının pozulması faktları aşkarlanıb.
Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.
Şuranın sədr müavini Qafar Cəbiyev deyib ki, ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib: “Dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir. Eyni zamanda bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb”.
Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, bəzi televiziya və aparıcıların etirazına baxmayaraq, qüsurlar da qalmaqdadır: “Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar. Artıq başqa dillərin Azərbaycan dilində intonasiyası hiss olunur”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info