Tələbə və məzunlara 345 boş iş yeri təklif olunub
Tarix: 11.12.2015 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini Xəzər Universitetində təşkil edib.
Tədbirin açılışında qeyd olunub ki, gənclərin məşğulluğunun artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq strategiyasının əsas hədəflərindən biridir. Aparılan məqsədyönlü işlər gənclər arasında məşğulluq səviyyəsinin getdikcə artmasına, onların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirakına şərait yaradıb. «Karyerada ilk addım» devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərinin əhəmiyyətindən bəhs olunaraq, bu tədbirlərin əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə yönəldiyi vurğulanıb.
İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisə tərəfindən 345 boş (vakant) iş yeri də təqdim edilib. Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilməklə, onlardan əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.
Cari ilin ötən dövründə respublikamızın 9 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərində 340 nəfərə yaxın şəxsə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 3 min nəfərdən çox tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV-lər) verilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info