Koreya ilə məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq
Tarix: 11.12.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə tanışlıq görüşü olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla Koreya arasında münasibətlərin getdikcə genişləndiyini, iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb. Prezident İlham Əliyevin sosial inkişaf konsepsiyasına uyğun olaraq ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdıran S.Müslümov ölkənin sosial təminat sisteminin respublika əhalisinin 23 faizindən çoxunu əhatə etdiyini bildirib. “Son illərdə Azərbaycanda əmək və sosial təminat sistemlərində aparılan islahatlar qabaqcıl texnologiyaların tətbiqi yolu ilə bu sahələrdə əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinə və şəffaflaşdırılmasına, vətəndaşlar üçün əlçatanlığının təmin olunmasına yönəlib”- deyən nazir əlilliyin müəyyən olunması və sosial yardım sisteminin avtomatlaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin təkmiləşdirilməsi, peşə təlimi sisteminin maddi-texniki bazasının gücləndirilməsi və s. sahələrdə aparılan islahat tədbirləri barədə ətraflı məlumat verib. Nazir MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə də toxunaraq, bu sistemin əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaratdığını vurğulayıb: “Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Əmək münasibətlərinin elektron qeydiyyat sisteminin qurulması eyni zamanda, əmək hüquqlarının etibarlı təminatı, ümumən əmək bazarına çevik və obyektiv nəzarət etmək, qeyri-leqal məşğulluğun aşkar edilərək qarşısının alınması istiqamətlərində də əhəmiyyətli rol oynayır”.
S.Müslümov hazırda G20 qrupunun üzvü və Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan, müasir texnologiyaların tətbiqinin geniş vüsət aldığı Koreya ilə bu sahələrdə əməkdaşlıq üçün yaxşı zəmin olduğunu vurğulayıb: “Xüsusən peşə təliminin təşkili, əməyin təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsində qabaqcıl texnologiyaların tətbiqi, sosial cəhətdən həssas qruplara aid insanların əmək bazarının çıxışının dəstəklənməsi ilə bağlı Koreya ilə təcrübə mübadilələrinin aparılması hər iki tərəf üçün faydalı ola bilər”.
K.Çanq-gyu Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də mühüm nailiyyətlərin şahidi olduğunu vurğulayıb. Səfir Azərbaycanla Koreyanın ikitərəfli münasibətlərinin inkişafı, o cümlədən iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın formalaşdırılması və inkişafı üçün onun tərəfindən daim səylər göstəriləcəyini vurğulayıb.
Görüşdə qeyd olunan sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info