MDB-nin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Tarix: 11.12.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Rusiyanın Yessentuki şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 62-ci iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda DGK sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Xatırladaq ki, iclasdan əvvəl A. Əliyev Gömrük Xidməti Rəhbərləri Şurasının sədrinə rəsmi məktubla müraciət edərək bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı evlərini itirib və qaçqın vəziyyətində yaşayırlar. Məlum olduğu kimi, işğal edilmiş Dağlıq Qarabağregionunun və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən hələ də icra edilməməkdədir.
Ermənistan işğal etdiyi bütün əraziləri azad etməyincə və təcavüzün nəticələrini tam aradan qaldırmayınca Şura tərəfindən qəbul edilmiş qərarların heç bir müddəası DGK tərəfindən Ermənistana münasibətdə qəbul edilməyəcək.
Qeyd edək ki, iclasda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 61-ci iclasının yekunları ilə bağlı hesabat dinlənilib, ekspertlər tərəfindən hazırlanmış təkliflərə baxılıb, eyni zamanda “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 15 aprel 1994-cü il tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə Protokol” və “Malların gömrük dəyərinin müəyyən edilməsi və nəzarəti üçün zəruri olan məlumat mübadiləsi haqqında Saziş” layihələri, eləcə də MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Portalının hazırlanıb tamamlanması və Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantının qəbul edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Bununla yanaşı, tədbir iştirakçıları MDB-nin Xarici İqtisadi Fəaliyyətin Vahid Mal Nomenklaturasına və onun şərhinə dəyişikliklər edilməsi, MDBDövlət Başçıları Şurasının 10 fevral 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Birliyə üzv dövlətlərin gömrük qanunvericiliklərinin əsaslarına əlavə və dəyişikliklərin edilməsi, “İnternet-ticarət üzrə gömrük əməliyyatları (gömrük rəsmiləşdirməsi) və gömrük nəzarəti ilə bağlı qaydaların təkmilləşdirilməsi üzrə MDB-yə üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun və “MDB-yə üzv dövlətlərin milli tranzit sistemlərinin qarşılıqlı inteqrasiyası üçün şəraitin yaradılması üzrə MDB-yə üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun layihələri, MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin və Ümumdünya Gömrük Təşkilatının hüquq mühafizə fəaliyyəti ilə bağlı MDB-yə üzv Dövlətlər üzrə Regional Əlaqələndirmə Qovşağı RİLO-Moskvanın 2016-cı il üçün İş Planlarının təsdiq edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclas öz işini başa vurduqdan sonra üzv ölkələrin nümayəndə heyəti rəhbərlərinin mətbuat konfransı keçirilib.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclasının 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info