Prezident Kitabxanasında ümummilli liderin xatirəsi anılıb
Tarix: 11.12.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Azərbaycanın zəngin maddi-mədənı irsinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində xalqımızın ümummilli lideri Heydər Əliyev misilsiz xidmət göstərib. Onun hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı, elmi, maarifi, mədəniyyəti, incəsənəti, sosial infrastrukturu intibah dövrünü yaşayıb. Bu gün müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzinin - Prezident Kitabxanasının yaradılması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Kitabxana onun təşəbbüsü əsasında 2003-cü ildən fəaliyyət göstərir.
Kitabxananın əməkdaşları ulu öndərin xatirəsini hər il müxtəlif səpkili tədbirlərlə yad edir. Prezident Kitabxanasında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin irsinin araşdırılması və təbliği sahəsində məqsədyönlü işlər görülür. Məhz ilk olaraq Prezident Kitabxanasında ümummilli liderin zəngin irsinin toplanılması, sistemləşdirilməsi və elektron mühitə köçürülməsi istiqamətində təşəbbüs göstərilib və irihəcmli “Heydər Əliyev. Elektron sənədlər toplusu” ərsəyə gətirilib. Vaxtaşırı olaraq yenilənən bu elektron resurs ümummilli liderin irsini araşdıran müxtəlif kateqoriyalı istifadəçilər üçün ən mükəmməl baza hesab edilir.
Dekabrın 11-də Prezident Kitabxanasında ümummilli liderin anım mərasimində kitabxananın direktoru Mayıl Əhmədov həmin elektron resursun son bir il ərzində yenilənən bölmələri barədə ətraflı məlumat verib, gələcəkdə də onun yeni-yeni sənədlərlə daha da zənginləşdiriləcəyini bildirib.
Kitabxanada hazırlanan çoxsaylı elektron resursların istifadəçi statistikası göstərir ki, “Heydər Əliyev. Elektron sənədlər toplusu”na istər ölkə daxilindən, istərsə də xarici ölkələrdən daha çox müraciət olunur.
Sonda kitabxananın əməkdaşlarının hazırladıqları ümummilli liderin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info