Suraxanıda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı
Tarix: 11.12.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


11 dekabr 2015-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, 3 mindən yuxarı rayon ziyalısı və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular.
Sonra tədbir iştirakçıları Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində rayon məktəblilərinin Ulu Öndərə həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış oldular, Mərkəzin ikinci mərtəbəsində istedadlı gənclərimizdən olan Banuçiçək İbayevanın mövzu üzrə şüşə lövhə üzərində qumla yaratdığı kompozisiyalara maraqla baxdılar və Elektron lektoriya zalında Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə Mərkəzinin sifarişi ilə hazırlanmış filmi izlədilər.
Suraxanı Rayon İcra Hakimiyyətinin Akt zalında tədbir davam etdirildi.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş “Nurlu ömrün anları” tamaşası təqdim olundu.
Tamaşadan sonra “Dahiliyin Heydər Əliyev zirvəsi” mövzusunda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bu gün, bu zalda öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır, əziz xatirəsi yad edilir. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının kollektivinə minnətdarlıq edərək bildirmək istəyirəm ki, onların Ulu Öndərə həsr olunmuş tamaşasını maraqla izlədik. Dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının xilaskarı, Yaradanın sevimlisi, yaranmışların şərəflisi, Ulu Öndər Heydər Əliyevin möhtəşəm obrazı gözlərimizin önündə canlandı. Sağlığında əfsanəviləşən, haqq dünyasına qovuşduqdan sonra bu dünyanın fəlsəfəsinə, hikmət saxlancına çevrilən Ulu Öndər Azərbaycan xalqının, hər birimizin qəlbində daim yaşayacaqdır.
İlqar Abbasov xüsusi vurğuladı ki, Heydər Əliyev bütöv bir millətin minnətdarlıq və güvən duyğularını haqq etmiş böyük bir dahidir. Onun müasiri olmaq böyük xoşbəxtlikdir.
“Uca dağlar uzaqdan daha əzəmətli görünür,” – deyirlər. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əminamanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti də illər ötdükcə daha aydın görünür. Ulu Öndər hakimiyyət ustadı, insan qəlblərinin mühəndisi idi. Ulu Öndər vətənimiz üçün tarixin ən çətin sınaq dönəmində ən mühüm işləri görmüşdür.
Ulu Öndərin xalqın təkidli istəyinə səs verərək 1993-cü ilin 9 iyununda Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin qarşısında ən müxtəlif çeşidli problemlər dururdu: siyasi, iqtisadi, geosiyasi, etnosiyasi və sairə. Onları həll etmədən Azərbaycanın qazanmış olduğu kövrək müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetini təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasi xətt yeritmək qeyri-mümkün idi.
Bu qayıdışı ilə Ulu Öndər Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Azərbaycanı Qafqazın iqtisadi cəhətdən ən böyük dövlətinə çevirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” deyimi mütləqləşərək milli qürurumuza çevrildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
Ümummilli Lider Heydər Əliyevin xalqa son müraciətindəki müdrik mövqeyini, uzaqgörənliyini – “Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikrini möhtərəm Prezidentimiz öz uğurlu fəaliyyəti ilə ötən müddətdə tam təsdiqləməklə həm Ulu Öndərimizin, həm də bütün Azərbaycan xalqının ümidlərini doğrultdu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Bu gün Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqacür qiymətləndirilə bilməz.
Son 12 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub.
Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib.
Bizim qarşımızda duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti də hər birimiz üçün nümunədir. Bu gün Azərbaycanın yüksəlişində, çiçəklənməsində Dahi Öndərin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xidmətləri əvəzolunmazdır.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Suraxanı rayonunun hər bir sakininin qəlbində yaşayır. Suraxanılılar qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaq, cənab Prezidentin rəhbərliyi ilə vətənimizin və Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilən işlərdə üzərimizə düşən vəzifələri var qüvvəmizlə yerinə yetirəcəyik.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info