“Bunu heç bir dövlət qəbul edə bilməz”
Tarix: 12.12.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


“Səudiyyə Ərəbistanı, ABŞ və digər Qərb ölkələri indiyədək Suriya hökumətinin terrorçularla danışıqlar aparmasını istəyib”
“Biz müxalifətlə danışıqlara başlamağa hazırıq. Lakin öncə müxalifət deyəndə kimləri nəzərdə tutduğumuzu dəqiqləşdirməliyik. Silahlı qruplaşma, terrorçu və müxalifət arasında böyük fərq var. Müxalifət siyasi termindir, hərbi yox”.
Bu sözləri Suriya prezidenti Bəşər Əsəd İspaniyanın EFE agentliyinə müsahibəsində deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı, ABŞ və digər Qərb ölkələri indiyədək Suriya hökumətinin terrorçularla danışıqlar aparmasını istəyib: “Bunu heç bir dövlət qəbul edə bilməz. Nə vaxt ki, onlar silahı yerə qoyacaqlar, o zaman biz danışıqlara hazır olacağıq. Lakin onlara siyasi təşkilat kimi yanaşmağı biz elə əvvəldən rədd edirik. Müxalifət hansısa xarici dövlətlə əlaqəli olmamalıdır.” Qeyd edək ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda Suriya müxalifətinin toplantısı keçirilib. Toplantının nəticələrinə görə, 32 nəfərdən ibarət Şura yaradılıb. Onlardan 10-u silahlı qruplaşmaları, 9-u İstanbulda fəaliyyət göstərən Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasını təmsil edir. Daha 8 nəfər müstəqil xadimdir, 5 nəfər isə Milli Koordinasiya Komitəsini təmsil edir. Qeyd edək ki, Danışıqlar üzrə Ali Komitənin tərkibinə həmçinin silahlı qruplaşmalardan cənub və şimal cəbhələrdə vuruşan dəstələrin nümayəndələri, “Əhrar Əş-Şam” və “Ceyş Əl-İslam” radikal silahlı qruplaşmalardan isə müvafiq olaraq hər birindən bir nümayəndə daxil edilib. Toplantıda Suriya münaqişəsinin siyasi tənzimlənməsi yolları, atəşkəs, habelə ölkənin yenidən qurulması perspektivləri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info