Ukrayna Ali Radasında qalmaqal
Tarix: 12.12.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Ukrayna Parlamentində Baş nazir Arseniy Yatsenyukun çıxışı zamanı "Xalq Cəbhəsi" fraksiyasının üzvləri ilə "Petro Poroşenko bloku"ndan olan deputatlar arasında insident yaşanıb. İnsidentin ciddiliyini nəzərə alan Ali Rada sədri Vladimir Groysman da insidentə müdaxilə etməli olub.
“RİA Novosti”nin verdiyi məlumata görə, yaşanan insidentə baxmayaraq, baş nazir Arseniy Yatsenyuk Nazirlər Kabinetinin hesabatı ilə bağlı çıxış etməkdə davam edib. Qeyd edək ki, insidentin yaşanmasına səbəb elə baş nazirin çıxışı zamanı “hökumət koalisiyanın yaradılması nəticəsində formalaşıb ki, buna görə də "Petro Poroşenko bloku" kvota yolu ilə seçilmiş energetika və kömür sənayesi naziri Vladimir Demçişin fəaliyyəti üçün məsuliyyət daşıyır” fikrini səsləndirməsi olub. Qeyd edək ki, elə parlamentin iclasının gedişi zamanı "Petro Poroshenko bloku"-nun parlament fraksiyasının lideri Yuriy Lutsenko insident təşəbbüskarı olan müavini Oleq Barneyin hərəkətlərinə görə bütün deputatlardan üzr istəyib. “Qolos Stolisa” radiostansiyasının əməkdaşının verdiyi məlumata görə, insidentin səbəbkarı olan deputatlar artıq barışıblar. Bununla yanaşı, Yuriy Lutsenko baş nazirdən əsas məsuliyyəti başqa nazirlərin üzərinə atmamağı məsləhət görüb. Parlamentdə yaşananları ötəri sirk arenasına bənzədən Yatsenyuk isə başa çatmaqda olan il ərzində əldə edilən nailiyyətlər barədə danışıb. Ukraynanın enerji müstəqilliyi haqqında danışan Yatsenyuk hətta, 10 ildən sonra Ukraynanın başqa ölkələrə qaz ixrac edəcəyini bildirərək, bu işlər üzərində işlədiklərini deyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info