Asiya İnkişaf Bankı Azərbaycan üzrə 3 illik biznes planı təsdiqləyib
Tarix: 14.12.2015 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2016-2018-ci illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planını təsdiq edib.
AİB-dən verilən məluma görə, Biznes Planın prioritetləri bankın 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri və iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini, qeyri-neft ÜDM-nin sürətli artımına nail olunmasını nəzərdə tutan Azərbaycan hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.
AİB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Biznes Planda nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün 2016-2018-ci illər arasında 1,1 mlrd. ABŞ dolları həcmində kreditlərin və 3,8 mln. ABŞ dolları həcmində texniki yardımlar üçün qrantların ayrılması tələb olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info