Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə”
Tarix: 14.12.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Dekabrın 14-də Bakı Slavyan Universitetində (BSU) müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin ənənəvi “Bir günlük Xəlifə” layihəsinə başlanılıb. Bu il tələbələr arasından 32 “xəlifə” seçilib. Seçkilər üç mərhələdə, universitet rəhbərliyinin müdaxiləsi olmadan təşkil edilir. “Bir günlük Xəlifə” layihəsi BSU-da 2002-ci ildən etibarən həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Həmin gün universitetin rektor, prorektor, dekan və digər rəhbər vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdikləri qərarlar tamamilə hüquqi qüvvəyə malikdir.
Xəlifələrin iş günü universitetin foyesində təşkil olunmuş beynəlxalq sərgi ilə başlayıb. Sərgidə müxtəlif ölkələrin kulinariyası, milli geyimləri nümayiş olunub.
Gün ərzində bir sıra ölkələrin səfirləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri ilə görüşlər keçiriləcək, müsabiqə, “ustad dərsi” və digər tədbirlər təşkil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info