Nardaranda 500-dən çox ev qazla təchiz olunub
Tarix: 14.12.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


“Dekabrın 12-dən Bakının Nardaran qəsəbəsinə təbii qazın verilişi bərpa edilib”.
Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Onun sözlərinə görə, “Azəriqaz”ın əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib: “Təxminən 500-dən çox abunəçi təbii qazla təmin olunub”.
İ. Kərbəlayev qeyd edib ki, qəsəbənin digər küçələrinə də qaz verilişi mərhələli şəkildə həyata keçiriləcək: “Hazırda digər küçələrdə qaz xətlərinin üzərində qeyri-qanuni birləşmələr əməkdaşlarımız tərəfindən ləğv olunur, mənzillərə texniki baxışlar keçirilir. Həmin təmizləmə işləri bitdikdə, abunəçilərlə yeni müqavilə bağlanıb, sayğaclar quraşdırıldıqdan sonra digər küçələrə də mərhələli şəkildə təbii qazın verilişi bərpa olunacaq”.
Nardaran sakinləri bildiriblər ki, qəsəbəyə qazla yanaşı, suyun da verilişi bərpa edilib, su sayğacları quraşdırılıb.
Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 mln. manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.
Həmçinin Azərbaycan hökuməti “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info