İstanbulda Heydər Əliyevə həsr olunmuş konfrans
Tarix: 14.12.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


İstanbulda yerləşən Bahçeşəhər Universitetində Türkiyə-Azərbaycan Gənclər Platformunun təşkilatçılığı və Global Kariyera İnstitunun dəstəyi ilə “Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyev” adlı konfrans baş tutub. Konfransı Türkiyə-Azərbaycan Kardeşlik Platformunun sədri Elvin Əjdərli polis general-mayoru Həsən Şirinovunun ulu öndərə həsr etdiyi şeiri səsləndirərək salamlayıb. O öz nitqində ulu öndərin keçdiyi həyat yolundan bəhs edərək onu Azərbaycanın Xızırı adlandırıb. Daha sonra Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri və Global Karyera İnstitunun direktoru Orxan Həsənoğlu çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyevin xidmətindən, onun iki ölkədə necə sevildiyi və anıldığından bəhs edib. Millət vəkili, professor Musa Qasımlı çıxış edərək Azərbaycan və Türkiyə tarixində Heydər Əliyevin rolundan geniş nitq söyləyib. O vurğulayıb ki, üç müxtəlif dövrdə dövlət başçısı olmuş ulu öndər daim Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında müstəsna xidmətlər göstərib. Natiq həmçinin günümüzdə Azərbaycan-Türkiyə əlaqələri barədə məlumat verib. Çıxış edənlərdən Türkiyə Millət Məclisinin AKP-dən olan millət vəkili Nurəttin Aras iki qardaş ölkənin əlaqələrinin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıraraq bu əlaqələrin önəmli inkişafından danışıb. Daha sonra AKP sabiq millət vəkili Cuma İçtən öz çıxışında iqtisadi münasibətlərin bu gün gəldiyi nöqtə və keçmiş olduğumuz çətin iqtisadi böhranlarda Heydər Əliyevin xalqımızı bu çətinliklərdən çıxardığı günlərə diqqət çəkib. Çoxlu sayda iştirakçının qatıldığı konfransı Türkiyə-Azərbaycan Gənclər Platformunun sədri və konfransın baş koordinatoru Məhəmməd Şirinov Heydər Əliyevin Azərbaycan tarixində silinməyən bir iz qoyduğunu və ondan sonrada bu izi davam etdirən onun siyasi davamçısı Prezident İlham Əliyev olduğunu vurğulayaraq qonaqlara tədbirə qatıldıqları üçün Azərbaycanlı gənclər adından təşəkkürlərini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info