“AzNar” öz məhsullarını daha beş ölkəyə ixrac etməyə başlayıb
Tarix: 14.12.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” QSC-nin nar emalı zavodunda istehsal edilən müxtəlif çeşidli məhsullar dünya bazarlarına çıxarılır. QSC artıq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstan bazarlarına da “Grante” məhsullarının ixracına başlayıb.
“AzNar” QSC-nin baş direktoru Fərəc Əhmədov bildirib ki, müxtəlif çeşiddə məhsul istehsal edən zavod bir neçə ildir ABŞ, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya və İsrailə “Grante” adı altında nar, heyva və alma şirələri, cem və kampot ixrac edir. Ümumilikdə 100 nəfər işçinin çalışdığı zavod ildən-ilə məhsulların keyfiyyətini yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. Görülən işlər nəticəsində bu ildən başlayaraq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstana da “Grante” məhsulları ixrac olunur.
Müəssisə bu ildən yerli və xarici bazarda rəqabətədavamlı müxtəlif meyvələrin kampotunu da istehsal etməyə başlayıb. İtaliyadan gətirilən avadanlıqların quraşdırıldığı zavodda heç bir qatqı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Zavodun məhsulları əsasən Rusiyaya göndərilir. Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” QSC indiyədək 1160 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 200 nəfər işçi qulluq edir.
Həmçinin “AzNar” QSC-nin emal zavodu Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə, müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni sex yaradılıb. Tum müasir avadanlıqlarda qurudulur və yağ əldə olunur. Nar tumunun yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir. Narın qabığında çoxlu tanin maddəsi olduğu üçün bazarda ona böyük tələbat var. Nar qabığının qurudulması və məhsulun istehsalı üçün Almaniyadan avadanlıqların alınması nəzərdə tutulur. Nar tumu və qabığından hazırlanan məhsulların satışı üçün Rusiya və İsrail şirkətləri ilə razılıq əldə edilib.
Bundan əlavə, “AzNar” QSC Göyçaydakı Yekəxana gölündə balıqçılıq təsərrüfatı da yaradıb. Azərbaycanda ilk dəfə olaraq bu göldə qiymətli farel balığının səbətdə yetişdirilməsinə başlanılıb. Ümumi ərazisi 360 hektar olan Yekəxana gölündə farellə yanaşı belamur, enlialın, sazan balıqları da yetişdirilir. Gələn ilin aprelinədək göldə 30 ton balığın olacağı gözlənilir. Hazırda farel balığının yetişdirilməsi üçün göldə hər biri 25 kvadratmetr olan 30 səbət quraşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info