108 mindən çox aztəminatlı ailə ünvanlı sosial yardımla təmin olunur
Tarix: 14.12.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Ötən ay əvvəlki oktyabr ayı ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 3,8 faiz azalma qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımlarının ünvanlılıq prinsipi əsasında məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsi, bu sahədə şəffaflığın təmin olunması daim diqqətdə saxlanılır.
Bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin sayının cari ilin noyabr ayında da azalması ilə müşahidə olunub. Belə ki, ötən ay bu yardımı alan ailələrin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4291 ailə və ya 3,8 faiz azalaraq 108094-ə enib. Həmçinin yardım ödənilən ailə üzvlərinin sayı 19947 nəfər (4,1 faiz) azalmaqla 466131 nəfər təşkil edib. Noyabr ayında respublikamızda ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizədək artaraq 153,22 manat olub.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6 faizi, yəni 222 028 nəfəri yaşı 18-dək olan şəxslərdir ki, onlardan 5178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımları alan ailələrin 30442-i (28,1 faiz) tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 5441 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir.
Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanının icrası olaraq, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyətinin təşkili üçün yaradılmış proqram təminatlarının istifadəyə hazırlıq işləri artıq başa çatdırılıb. Hazırda elektron şəkildə ediləcək müraciətlər əsasında ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair müvafiq arayış və məlumatların aidiyyəti qurumlar tərəfindən "Elektron hökumət" portalındakı informasiya sistemləri və ehtiyatlarına əlavə edilməsi işləri yekunlaşmaqdadır.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info