F.Abdullazadə: “Təhsilimizdə kreativ insanları yetişdirə bilən mühit olmalıdır“
Tarix: 14.12.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


"Bizim təhsildə elə bir mühit olmalıdır ki, o, mühit kreativ insanları yetişdirə bilsin". Bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, gənclər özləri özlərinə inanmalıdır: "Gənclərin daxilindəki istəyin əsas mənbəyi bizim zəngin Azərbaycan dövləti olmalıdır. Sizin imkanlarınıza və perspektivlərinizə, qarşınızda açılacaq üfüqlərə inamım hüdudsuzdur". F.Abdullazadə bugünkü Azərbaycan gənclərinə qibtə eydiyini də deyib: "İlk növbədə, etiraf emək istəyirəm ki, sizin hər birinizə qibtə edirəm. Çünki hər biriniz müstəqil dövlətin gəncləriniz. Bu, öz-özlüyündə sizdə böyük bir qürur və fərəh hissi yaradır. Siz xoşbəxtsiniz ki, kədərli günləri görməmisiniz. Siz sərhədləri bərpa olunan Azərbaycanı görəcəksiniz".
O, qeyd edib ki, hər bir Azərbaycan ailəsində ailə dəyərlərinə, islam ənənələrinə sadiqlik var: "Vətənin əsgəri olmağa hazır olan hər bir gənc başa düşməlidir ki, ən alınmaz qalamız onun fikri, onun ürəyidir. Şükür Allaha ki, bu gün xalqın ideologiyasına zidd olan mentalitet yonder".

Mikayıl Cabbarov: “Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir”

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir. Onun sözlərinə görə, Azərbaycan gənclərinin könüllülük hərəkatında fəal iştirak etməsi sevindirici haldır: "Ölkədə tələbə-könüllülərə olan tələb ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən də qeyd edilib. Azərbaycanda keçirilən müxtəlif yarışlarda, xüsusilə I Avropa Oyunlarında tələbə-könüllülər fəal iştirak etdilər".
Nazir qeyd edib ki, müstəqilliyimizin düşmənləri də artır. Bütün bunlar cəmiyyətdə birliyi hər zamankından daha çox tələb edir: "Buna isə təhsilin gücləndirilməsi və könüllülərin fəaliyyəti öz töhfəsini verə bilər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info