“The Telegraph”: “Avropada demokratiya böhranı yaranıb”
Tarix: 15.12.2015 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Saymon Heffer: “Merkelin təşəbbüsləri vahid və proqressiv Avropanı dərin parçalanma səviyyəsinə çatmış və digər xalqların nifrət etdiyi Avropaya çevirib”

“Fransanın problemləri, Merkelin “mənəvi imperializmi”, Britaniyanın Avropa cəmiyyətindən uzaqlaşması Avropa İttifaqının daxilində ciddi parçalanma yarandığını göstərir və avropalıların qəzəbi öz siyasi elitalarına doğru yönəlib”.
Bu fikir “The Telegraph” nəşrində çap edilən məqalədə yer alıb. Saymon Heffer adlı müəllif yazır ki, Paris terrorundan sonra yaranan vəziyyət Avropa İttifaqının nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Müəllif qeyd edir ki, Fransada Mari Le Penin uğurları göstərir ki, fransızlar artıq ölkədəki vəziyyətdən, siyasi elitadan, Brüssel mənşəli iqtisadi siyasətdən narazıdırlar: “Yaranmış vəziyyətdə Avropa İttifaqının da günahı var. Onların sərhədləri açması radikalların sərbəst şəkildə Belçikaya gəlib-getməsinə, silah daşımasına imkan yaradıb. Avropa İttifaqının həyata keçirdiyi siyasət vəziyyəti daha da pisləşdirib. Digər narahatedici vəziyyət Almaniyada yaşanır. “Time” jurnalının versiyasına əsasən “ilin adamı” seçilən Angela Merkelin həyata keçirdiyi siyasət vətəndaşlar tərəfindən dəstəklənmir. Merkelin qaçqınlarla bağlı bəyanatları ölkədə kəskin narazılıqla qarşılandı və Macarıstan Merkeli “mənəvi imperializmdə” ittiham edərək bundan sonra miqrantların qarşısını almaq üçün divar hörməyə başladı. Avropa Komissiyası Berlinin təzyiqi ilə miqrantlarla bağlı kvota tətbiq etməyə başlayanda, Avropa İttifaqını digər üzvləri bunu böyük heyrətlə qarşıladılar. Slovakiya bundan sonra bəyan etdi ki, ancaq xristian olan miqrantları qəbul edə bilər, Rumıniya isə etirazını onunla izah etdi ki, gələn miqrantlar cəmiyyətə inteqrasiya oluna bilmirlər. Merkelin təşəbbüsləri vahid və proqressiv Avropanı dərin parçalanma səviyyəsinə çatmış və digər xalqların nifrət etdiyi Avropaya çevirib. Almaniyanın diktəsi ilə həyata keçirilən siyasət qitədə iqtisadi böhranı daha da dərinləşdirib. Avropa ölkələri liderlərinin demokratik şəkildə seçildikləri cəmiyyətlərin rəyini nəzərə almadan qərarlar qəbul etməsi, Avropada demokratiya böhranı yaradıb. Bu amil isə Bristoldan Budapeştə qədər hakimiyyətlərdən narazı vətəndaşları birləşdirir. Avropa İttifaqının sükanı arxasında olan bürokratiya və oliqarxiya idarə etdikləri insanların maraqlarını nəzərə almayacaqlarını hər fürsətdə nümayiş etdirməkdə davam edirlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info