Dünya iqtisadiyyatı durğunluğa sürüklənməkdədir
Tarix: 15.12.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Kütləvi silahlanma iqtisadi və maliyyə vəziyyətini ancaq ağırlaşdıra bilər. Belə görünür ki, bu vəziyyət keçici və ya təsadüfi deyil, əksinə, qlobal sistemin çöküşünün ifadəsidir

Son vaxtlar iqtisadi böhran, bir çox dünya ölkələrində işsizliklə müşahidə olunur. Dünyanın bir sıra tanınmış şirkətləri artıq problemlə üzləşdiklərini etiraf etməli olurlar. Məsələn, bugünlərdə nəhəng dünya bankları arasında yer alan Hollandiya Rabobankı 9 min nəfəri işdən çıxaracağını bildirmişdi.
Daha bir nüfuzlu şirkət- dünyanın ən böyük dağ-mədən şirkətlərindən olan “Anqlo Amerikan”ın dünya miqyasında 85 min işçini işdən çıxaracağı, sərvətlərinin 60 faizinin satışa çıxaracağı və mədən sahələrini 55-dən 20-yə endirəcəyi xəbəri dünya iqtisadiyyatında böhranının yeni bir mərhələyə keçdiyini göstərir. “wsws.org” saytının məlumatına görə, dünya iqtisadiyyatı 2007-2008-ci ildə yaşanan böhrandan sonra hazırda daha ağır maliyyə böhranı müşahidə olunan iqtisadi durğunluğa sürüklənməkdədir. “Anqlo Amerikan” şirkətinin qərarına yol açan səbəb bütün önəmli sənaye məhsullarının qiymətlərinin aşağı düşməsidir.
Bu məhsulların qiyməti son 7 ildə dünyadakı mərkəzi banklar tərəfindən maliyyə bazarlarına trilyonlarla dollar buraxılmasına baxmayaraq, dünya iqtisadiyyatının durğunluğa doğru istiqamət almasına işarədir. Bu, heç bir yerdə qlobal məhsul istehsalının mərkəzi olan Çində olduğundan daha kəskin şəkildə özünü büruzə vermir. Ötən həftə açıqlanan rəsmi məlumatlar göstərir ki, Çinin ixracı yuanın dəyərinin son 4 ilin ən aşağı səviyyəyə çatması, qlobal tələbin azalması fonunda önəmli dərəcədə azalıb. 2008-ci il maliyyə böhranından sonrakı illərdə belə bir inam var idi ki, BRİKS ölkələri dünya iqtisadiyyatı üçün sabitlik mənbəyi ola bilər. Amma bu ssenari dağıldı.

2008-ci il maliyyə böhranından sonrakı illərdə belə bir inam var idi ki, BRİKS ölkələri dünya iqtisadiyyatı üçün sabitlik mənbəyi ola bilər. Amma bu ssenari dağıldı. Çindəki geriləmə dünya bazarlarına ciddi dərəcədə təsir etməkdədir


Çindəki geriləmə dünya bazarlarına ciddi dərəcədə təsir etməkdədir. Braziliya iqtisadiyyatı 1930-cu illərin böyük böhranından indiyədək görünməmiş ölçüdə geriləmə yaşayır. Bu gün sanksiya altında olan Rusiya durğunluq içərisindədir, Hindistan artan borc problemləri ilə qarşılaşıb, Cənubi Afrika əmtəə məhsullarının qiymətlərindəki azalma ilə sarsılıb. İnkişaf etməkdə olan bazarların gələcəyi bu il iqtisadiyyatın 10 faiz azalmasına hesablanıb.
Beynəlxalq Ödəniş Bankı dünya iqtisadiyyatının üç aylıq vəziyyətini dəyərləndirərək qlobal maliyyə bazarlarında yaranan “narahatedici sakitliyin” yaxın vaxtlarda “həqiqətən, önəmli dərin iqtisadi güclərin əliylə alt-üst ediləcəyi” barədə xəbərdarlığını edib.
Ötən müddət ərzində mərkəzi bankları tərəfindən daxil olan ucuz vəsait axını görünüşdə maliyyə bazarlarının qlobal durğunluğa qarşı meydan oxuduğunu göstərsə də, artıq həmin bazarlar “domino daşı” kimi bir-birinin ardınca çökməyə hazır vəziyyətdədir.
Ucuz pulların axıdıldığı ən önəmli sahələrdən biri enerji şirkətləri tərəfindən bazara çıxarılan yüksək gəlirli maliyyə mənbəyi olan istiqrazlardır. Bu strategiya 2014-cü ilin ilk aylarında, neftin qiymətinin 100 dollardan yuxarı olduğu vaxtlarda tətbiq olunanda qəbul edilən idi. Ancaq bu strategiya neft qiymətinin 40 dollardan da aşağı olduğu bir vaxtda sürətlə çökür.
“Finansal Times” yazır ki, bu il ərzində ABŞ-da borclar ən yüksək səviyyəyə qalxıb. Üç böyük beynəlxalq reytinq agentliyi borc faizlərinin qarşıdakı 12 ay ərzində artmasını proqnozlaşdırırlar. Yeni bir maliyyə böhranı ABŞ investisiya bankı olan “Goldman Sachc” tərəfindən ötən ay yayımlanan bir hesabatda vurğulanıb. Qlobal iqtisadi böhran, xüsusilə ötən ay daha da genişlənən hərbiləşmə ilə dərinləşməkdədir. Kütləvi silahlanma iqtisadi və maliyyə vəziyyətini ancaq ağırlaşdıra bilər. Belə görünür ki, bu vəziyyət keçici və ya təsadüfi deyil, əksinə, qlobal sistemin çöküşünün ifadəsidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info