“TANAP-ın tikintisinin sürətləndirilməsi ilə bağlı tərəfdaş şirkətlərlə görüşlərə başlanılacaq”
Tarix: 15.12.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


"Türkiyə və Rusiya arasında mövcud olan anlaşmaya əsasən, Rusiya Türkiyəyə illik 30 milyard kubmetr təbii qaz ixrac edir. Hazırda BOTAŞ şirkəti minimum 26 milyard kubmetr həcmində təbii qaz alır".
Bunu Trans-Anadolu Qaz Boru Xətti (TANAP) konsorsiumunun baş icraçı direktoru Saltuk Düzyol bildirib. Hazırda Türkiyənin Azərbaycandan illik 6 mlrd. kubmetr həcmində təbii qaz idxal etdiyini xatırladan S. Düzyol qeyd edib ki, TANAP istismara veriləndən sonra bu rəqəm 12 mlrd. kubmetrə çatacaq. "Beləliklə, Rusiyanın Türkiyəyə ixrac etdiyi təbii qazın payı 54%-dən 30%-dək azalacağını söyləmək mümkündür", - deyə S. Düzyol qeyd edib. Baş icraçı direktor əlavə edib ki, TANAP-ın tikintisi üzrə işlər təqvimə uyğun davam edir: "Hətta son günlər Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı TANAP-ın tikintisinin tezləşdirilməsi məsələsi gündəmdədir. Layihə çərçivəsində 550 kilometrdən artıq işlər görülüb. Yaxın vaxtlarda TANAP-ın tikintisinin sürətləndirilməsi ilə bağlı tərəfdaş şirkətlərlə görüşlərə başlanılacaq. TANAP “Cənub” qaz dəhlizinin bir hissəsidir. Bu məsələdə önəmli olan "upstreem", yəni istehsalçı şirkətlərlə qazın tariflərini müəyyənləşdirməkdir. Bütün bunlar baş tutarsa, layihəni daha tez reallaşdırmaq mümkün olacaq. İstənilən halda, ümid edirik ki, 2018-ci ildə layihə tam olaraq başa çatacaq". Onun sözlərinə görə, TANAP yalnız Türkiyə üçün deyil, həmçinin Avropa İttifaqı ölkələri üçün də strateji əhəmiyyət daşıyır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub
18.09.2018
Sığorta bazarında yeni məhsul

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info