Təhsil haqları Hökumət Ödəniş Portalı vasitəsilə toplanılacaq
Tarix: 15.12.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya olunub. Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılmış informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilmiş ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb. Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara çatdırılmasında maraqlı olan bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər. Yaradılmış infrastruktura qoşulmuş ali təhsil müəssisələri üzrə qəbul edilmiş təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info