KİVDF yeni müsabiqə elan edib
Tarix: 15.12.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2016-cı ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
KİVDF-dən bildiriblər ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında 19 istiqamət üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb.
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər: müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər. Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir: Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar; Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzetlər; Həmin “qara siyahı”dan çıxarılan qəzetlər (1 il müddətində); Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində); barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar; əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər; təsisçisi dini qurumlar və dini icmalar olanlar; xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar; xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar; təsisçiləri dövlət orqanları olanlar; Layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır. Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir. Hər layihə üçün maksimum məbləğ 60 min manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər. Sənədlər dekabr ayının 15-dən 24-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur. Sənədlər Fonda şəxsən təqdim edilməlidir. Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap olunmuş elektron variantda, (CD diskdə, Arial 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı əlavə məlumatı “www.kivdf.gov.az” saytından və Fondun ofisindən əldə etmək olar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info