“Prezidentin Çinə səfəri tarixi hadisədir”
Tarix: 15.12.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvətilə dekabrın 8-dən 11-dək Çində dövlət səfərində
olub.

Azərbaycan dövlətinin başçısının bu səfəri həm Azərbaycan, həm də Çin və xarici KİV-lərdə geniş işıqlandırılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səfərin sona çatması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinin tarixi xarakterini qeyd edərək, bu səfərin yekunları haqqında müfəssəl məlumat verib. Çin Xalq Respublikasının “Sinxua” Dövlət Agentliyi Novruz Məmmədovun Bakıdakı bəyanatı barədə “İlham Əliyevin Çinə səfəri tarixi hadisədir” sərlövhəli məqalə dərc edib. Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şənbə günü jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun və status baxımından tarixidir”. O vurğulayıb ki, dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çox mühüm tarixi hadisə oldu. Hər bir dövlətdə ildə iki və ya üç səfərə dövlət statusu verilir. Azərbaycan Prezidentinin Çinə səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir. Səfərin özü, danışıqlar, görüşlər, imzalanmış on sənəd bunu təsdiqləyir. Elə sahə olmadı ki, əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparılmasın. Novruz Məmmədov vurğulayıb ki, Çin və Azərbaycan sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı təmin edən dövlətlərdir. Biz bir-birimizə qarşılıqlı hörmət etmək, qarşılıqlı maraqları qorumaq, faydalı əməkdaşlıq etmək niyyətindəyik. Buna heç nə mane ola bilməz. Odur ki, bütün sahələrdə əməkdaşlığın inkişafı, bu sahədə qətiyyətin nümayiş etdirilməsi, iradənin ortaya qoyulması böyük əhəmiyyət daşıyır. Hətta Çin Xalq Respublikasının sədri belə bir fikir səsləndirdi ki, Azərbaycan ilə Çin arasında qədimdən əlaqələr olub. Bu əlaqələr xalqlarımız arasında da çox qədimdən olub. Onu isə Azərbaycan Prezidenti ilə şəxsi dostluq münasibətləri birləşdirir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və digər bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çox məzmunlu, mövqelərin üst-üstə düşdüyü söhbət aparılıb. Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi vurğulanıb. Bu ilin birinci yarısında Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu. Həmçinin maliyyə-bank sahəsində əməkdaşlığın xüsusi yeri qeyd edilib. N.Məmmədov diqqətə çatdırıb ki, Çin rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstək göstərib və bundan sonra da bu mövqedə olacağını vurğulayıb. Azərbaycan tərəfi bəyan edib ki, “Vahid Çin” prinsipi üzrə həmişə öz konkret mövqeyini bildirəcək. Bunun çox böyük əhəmiyyəti var.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info