Bu il dünyada 128 jurnalist həlak olub
Tarix: 15.12.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


2015-ci ildə dünyanın 31 ölkəsində 128 jurnalist həyatını itirib. Bu barədə məlumat “Press Emblem Campaign” təşkilatının dekabrın 14-də Cenevrədə dərc edilən məruzəsində qeyd olunub.
TASS informasiya agentliyi xəbər verir ki, ən çox qurban Suriyada qeydə alınıb. Burada 11 jurnalistin öldürüldüyü bildirilir. Suriyanın ardınca hər birində 10 jurnalistin həlak olduğu İraq və Meksika gəlir. Fransa, Liviya və Filippində 8, Braziliya, Hindistan, Cənubi Sudan və Yəməndə 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Kolumbiya və Ukraynada 4, Qvatemalada 3, Əfqanıstan və ABŞ da isə 2 jurnalist həyatını itirib. Tədqiqatın nəticəsinə əsasən KİV-lərin fəaliyyəti üçün ən təhlükəli yer 2015-ci ildə 38 jurnalistin həlak olduğu Yaxın Şərq regionu sayılır. Onun ardınca isə Latın Amerikası (31), Afrika (18) və Avropa (13) gəlir. “Press Emblem Campaign” təşkilatının statistika apardığı 2006-cı ildən bəri dünyada 1177 KİV əməkdaşı qətlə yetirilib. Məruzədə son beş ildə təkcə Suriyada 86 jurnalistin öldürüldüyü qeyd olunur. Xatırladaq ki, 2004-cü ildə yaradılan və Cenevrədə jurnalistlər arasında qurbanların sayı barədə məruzə dərc edən “Press Emblem Campaign” təşkilatı BMT yanında konsultativ statusa malikdir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info