“Bizim ən böyük dəstəyimiz şübhəsiz ki, elə biz özümüzük”
Tarix: 18.02.2013 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Elməddin Behbud: “Müxalifət çox təəssüflər olsun ki, çirkin işlərinin reallaşmasında bir vasitə kimi əsasən gəncləri görürlər”

Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Azərbaycan gəncləri Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edir və yüksək qiymətləndirirlər.
Lakin gənclərin heç də hamısı dövlətin onlara verdiyi imkanlardan yararlanmaq istəmilərlər. Bunun da səbəbi müəyyən daxili və xarici qüvvələrin Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışmalarıdır. Radikal müxalifət, xüsusilə AXCP sədri Əli Kərimli və Müsavat sədri İsa Qəmbər ətrafında yığdıqları 5-10 gənci mitinqlərə, piketlərə çıxmağa məcbur edir, onlardan öz cılız siyasi maraqları naminə istifadə etməyə çalışırlar. Ə.Kərimlinin ətrafındakı aldadılmış şəxslər heç vaxt Azərbaycan gəncliyini təmsil edə, onlara nümunə ola bilməzlər. Ə.Kərimli gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik öyrədə bilər.
Müxalifətin feylinə uyan bu gənclər dövlət tərəfindən onlar üçün atılan addımları dəstəkləmək əvəzinə, yanlış olaraq bu gün kütləvi aksiyalar keçirməklə özlərinin düz yolda olduqlarını göstərirlər. Guya məqsədləri problemləri geniş ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini cəlb etməkdən ibarətdir. Əslində bu gənclərin qaldırdığı problemlər heç də yeni deyil. Daha doğrusu, kimsə bu məsələlərdən xəbərsiz deyil. Və onlar bilməlidirlər ki, heç bir ölkədə, bu məsələlər mitinqlə həll edilmir. O cümlədən Azərbaycanda da bu kimi məsələləri dövlət yoluna qoymaq üçün bir-iki gəncin sözü ilə oturub-durası deyil. Onsuz da bu məsələlərin həlli istiqamətində hazırda geniş və əhatəli işlər aparılır. Ona görə də gənclər avantüralara uymamalı, mitinq, etiraz aksiyası çağırışlarını rədd etməlidirlər.
Bir qrup gəncin bu cür mitinq keçirməsini əksər kreativ düşüncəli gənclərimiz çox mənfi münasibət göstərirlər. Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud “Palitra”ya açıqlamasında bildirdi ki, Azərbaycan vətəndaşları və xüsusi ilə də gəncləri üçün problemlərin sıralanmasında ilk yerdə ərazi bütövlüyümüzün bərpası məsələsi durmalıdır: “Əminliklə deyirəm ki, Azərbaycan cəmiyyətinin böyük bir qismi belə düşünür. Bu, milli məsələ olduğundan sıravi vətəndaşdan dövlət başçına qədər hər birimizin ortaya ciddi iradə qoyaraq böyük əmək sərf etməyimiz lazımdır. Və qeyd edim ki, biz gənclər bu iradəni və çalışqanlığı ən yüksək şəkildə Prezdent İlham Əliyevin şəxsində görürük. Müstəqilliyimizin bizlərə qazandırdığı önəmli töhfələrdən biri də cəmiyyətdə fikir plüralizminin mövcudluğu, eyni siyasi düşüncəni bölüşən insanların müstəqil təşkilatlanmaq hüququnun tanınmasıdır. Bu gün demokratik cəmiyyət quruculuğu prosesində ölkəmiz haqqında saatlarca, günlərcə danışılması mümkün olan bir məsafə qət edib”.
E.Behbud təəssüflə qeyd edir ki, mövcud demokratik üsul-idarədən hələ də öz konyuktur maraqlarının həyata keçməsi naminə yararlanmaq istəyənlər də var: “Etiraf etməliyik ki, adəti üzrə fəaliyyəti başdan-başa antimilli çalarlarla dolu olan Azərbaycan müxalifətinini müəyyən bir cinahı dövlətçiliyimizin zəiflədilməsi, beynəlxalq arenada nüfuzumuzun azalması üçün fəal rol almağa çalışır. Başda AXCP-Müsavat cütlüyü olmaqla radikal müxalifət ölkədə ictimai-siyasi durumun mürəkkəbləşməsinə, vətandaş qarşıdurmasınını yaranmasına səy göstərir. Bu qəbuledilməz siyasətin ssenarisini çızanlar çox təəssüflər olsun ki, çirkin işlərinin reallaşmasında bir vasitə kimi əsasən gəncləri görürlər. Faiz göstəricilərində heç şübhəsiz ki, sabitliyin pozulmasına dəstək olan gənclərin sayı nəbzi hər zaman milli duyğularla vuran gənc yurddaşlarımızdan qat-qat azdır. Bu mənada radikal müxalifətin sıralarında addımlayanların atdığı addımlar gülünc görünür. Çünki, Azərbaycanda illərdən bəri var olan xalq-hakimiyyət birliyi günümüzdə də yetərincə güclüdür”.
O hesab edir ki, məsələ yalnız kütləvi aksiya keçirməkdə yox, onun hansı şərtlər daxilində, hansı zamanda və hansı şüarlarla keçirilməsindədir. Mitinqlərin keçirilməsi üçün nə məntiqlə, nə də qanunvericiliklə qətiyyən uyğun gəlməyən Bakının insanların ən sıx istirahət etdiyi bir meydanın seçilməsi aydın şəkildə göstərir ki, radikallar güc orqanları ilə qarşıdurmaya gedərək həm beynəlxalq qurumlara var olduqlarını nümayiş etdirmək, həm də Azərbaycan haqqında qeyri-sabit ölkə imici yaratmağa çalışırlar. Xalqa hakimlik iddiasında olanlar xalqın ən böyük problemini bir kənara qoyub, antimilli siyasi oyunlara qoşulublar”.
DANİB sədrinin fikrincə, Azərbaycan gəncliyini əsas narahat edən məsələ torpaqlarımızın beşdə birinin hələ də düşmən tapdağında olmasıdır: “Bilirsiniz, heç zaman görülmüş işlərə, aparılmış iqtisadi, siyasi, sosial, hüquqi islahatları yetərincə dəyərləndirmədən ildırımsürətli inkişaf tələb etmək olmaz. Əgər Milli liderimizin hakimiyyətə 1993-cü ildə II dəfə qayıdışından 1995-ci ilədək dövlət strukturlarımız əsasən ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, hakimiyyəti zor gücünə, silahlı çevirilişlə dəyişdirmək istəyənləri zərərsizləşdirməklə məşğul idisə, sonrakı illərdə ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təminatı üçün qətiyyətli addımlar atılırdısa, artıq 2003-cü ildən vətandaşların rifah halının yaxşılaşdırılması, neft kapitalının insan kapitalına çevirilməsi yönündə ciddi addımlar atılır. Biz DANİB olaraq cənab Prezidentin uğurla aparılan islahatlar kursunu dəstəkləyir və onun Azərbaycan gənclərinin istəklərini ifadə etdiyini birmənalı surətdə bildiririk”.
E.Behbud deyir ki, azad, plüralist cəmiyyət bütün kəsimlərin və yaş qruplarının nümayəndələrinə siyasi düşüncələrini müstəqil şəkildə ifadə etmək imkanı verir: “O cümlədən də gənclərə. Mən Azərbaycanda fərqli fikrilərin mövcudluğundan, müxalifət sıralarında da gənclərin təmsil olunmasına təbii baxıram. Bu, dövlətimizin uğurudur. Ancaq müxalifətçilik dağıdıcılıq, hər şeyi inkar ifadələri ilə sinonim deyil. Bu baxımdan fərqli düşünən gənclər də çox yaxşı olardı ki, hisslərə qapılaraq ölkənin inkişafına töhfə verməyən, onları daim xaosa sürükləməyə çalışan insanların yanında yer almasınlar”.
Həmsöhbətimiz müxalifətin bir qrup gənclərin üzərində böyük oyun oynadığını, amma gənclərin bundan xəbərləri olmadığını düşünür: “Ötən dövrlərdə Azərbaycanın radikal müxalifətinin izlədiyi siyasi strategiyaya diqqət yetirsək tam aydınlığı ilə görərik ki, onlar daim gözlərini ölkə sərhədlərindən kənarda hansısa mərkəzlərə dikiblər. Yaxın Şərq regionunda son illər baş verən hadislərdən sonra bunların ölkədə qarışıqlıq salmaq cəhdləri də bir daha dediklərimə sübutdur. Bu işdə nə yazıqlar olsun ki, əsas siyasi alət rolunda AXCP-Müsavat cütlüyü təcrübəsiz gəncliyi görür”.
E.Behbud ictimai-siyasi sabitliyi pozmaq istəyən müxalif gənclərə çağırış edərək bildirdi ki, bizim ən böyük dəstəyimiz şübhəsiz ki, elə biz özümüzük: “Gənclərimizi müstəqil dövlətimizi göz bəbəyi kimi qorumağa, Qarabağ probleminin həllinin tezləşdirilməsindən ötrü bir nəfər kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Bir şeyi də xatırlatmağı özümə borc bilirəm ki, hələ indiyədək heç bir xalq və dövlət xarici, imperalist qüvvələrin dəstəyi ilə nə xoşbəxt həyata qovuşub, nə də ki, sivil cəmiyyət qura bilib”.

Fuad Hüseynzadə









 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info