Alkoqolu nağd satan kafe və restoranlar cərimələnməyəcək
Tarix: 15.12.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Azərbaycanda iaşə obyektlərində alkoqol içkilərini nağda pula satmağa görə həmin obyektlərin sahibləri inzibati məsuliyyətə cəlb edilməyəcək. Bunu jurnalistlərə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.
Onun sözlərinə görə, iaşə obyektlərində satılan alkoqol menyunun bir hissəsidir və bağlı butulkalarla deyil, daha çox tökülərək satılır, bu səbəbdən də buna cərimə şamil edilməyəcək.
Vergilər nazirinin I müavini Natiq Əmirov qeyd edib ki, bu cür inzibati məsuliyyətin tətbiq edilməsində əsas məqsəd ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasıdır: "Bununla əlaqədar ilk növbədə aksiz markası ilə markalanmalı olan malların seçilməsi onların ilkin ehtiyac mallarının olmaması ilə bağlıdır. Biz hansısa sahədən başlamalı idik və qərara gəldik ki, aksiz markası ilə markalanmalı olan malların əldə edilməsi zamanı nağdsız hesablaşmaların tətbiqi ölkə əhalisi üçün daha az narahatlıq yaradacaq".
N.Əmirov əlavə edib ki, bu məhdudiyyətlərin tütün məmulatlarına şamil edilməsi nəzərdə tutulmur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info