Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə xidmət edən dəyişikliklər
Tarix: 15.12.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Dekabrın 15-də Vergilər Nazirliyində keçirilən mətbuat konfransında Vergi Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı KİV nümayəndələri məlumatlandırılıb.
Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın böyük inkişaf yolu keçdiyini, vergi ödəyicilərinin sayının artaraq, ölkədə sahibkarlar təbəqəsinin formalaşdığını və onun iqtisadiyyatımızın aparıcı hissəsinə çevrildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısının yürütdüyü davamlı iqtisadi inkişaf strategiyası nəinki sabit iqtisadi inkişaf dövründə, eləcə də dünyada qlobal iqtisadi dəyişiklərin baş verdiyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirini azaltmağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına zəmanət verir. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları, fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov isə qeyd edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edir.
Sonra Vergilər Nazirliyinin rəsmiləri tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri – fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılması, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsi, hüquqi şəxslərin əmlak vergisi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması və digər məsələlər ətraflı şərh olunub.
Respublikada quraşdırılan POS-terminalların sayı ilə bağlı sualı cavablandıran N.Əmirov deyib ki, hazırda ölkədə 84 min POS-terminal fəaliyyət göstərir ki, bunun da 62 faizi paytaxtın payına düşür.
Spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan obyektlərdə POS-terminalların yoxluğu ilə bağlı məlumatların statistikası aparılır. İlin sonunadək Bakıda və respublikanın bütün regionlarında POS-terminalların quraşdırılması təmin olunacaq.
Nəzərə çatdırılıb ki, POS-terminalların quraşdırılması üçün heç bir vəsait ödənilmir.
Alkoqollu içkilərə aksiz markaları ilə markalanmalı olan məhsulların nağdsız qaydada satışı məsələsinə aydınlıq gətirən nazirin 1-ci müavini bildirib ki, vergi tutumundan da vacib məsələ ölkədə nağdsız əməliyyatların aparılması mədəniyyətinin formalaşmasıdır. Digər məqsəd isə nağdsız alış–satışın nə qədər aydın, sadə olmasının insanlara, vergi ödəyicilərinə izah etmək, onları buna alışdırmaqdır. Vergi ödəyiciləri inanmalıdırlar ki, nağdsız əməliyyatlar onların xərcini azaldacaq.
Ticarət və ictimai iaşə sahəsində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə toxunan N.Əmirov deyib ki, bu sahə ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200 min manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200 min manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200 min manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info