Universitet Milli GRİD seqmentinə qoşulacaq
Tarix: 15.12.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Milli GRİD seqmentinə qoşulma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyası Fizika Institutu tərəfindən həyata keçirilən layihə ilə bağlı təqdimat mərasımı keçirilib. Tədbirdə İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi, Elektron Təhsil Şöbəsinin əməkdaşları, Media Mərkəzinin əməkdaşları, İnformasiya Kommunikasiya Texnologiyaları mühəndisliyi ixtisasının müəllim və tələbələri iştirak edib. Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsədə doktoru, dosent Mübariz Nuriyev tədbiri giriş sözü ilə açaraq çağdaş informasiya əsrində dünyaya inteqrasiya, informasiya kommunikasiya texnologiyalarını hərtərəfli mənimsəmək, onlardan tədris prosesində, elmi tədqiqatlar zamanı səmərəli istifadə etmək istiqamətində universitetdə görülən işlərdən danışıb. Qeyd olunub ki, “Elektron universitet” layihəsinin həyata keçirilməsi, semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsi, Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla həyata keçirilməsi, beynəlxalq videokonfrans və onlayn dərslərin təşkili bu istiqamətdə görülən işlərdəndir. Ali məktəbin Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyası bazasında, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, dəstəyi ilə yaradılan Milli GRİD seqmentinə qoşulması professor və müəllimlərin, aspirant və doktorantların, magistr və bakalavrların səmərəli elmi-tədqiqat işi aparmaları, həm də müxtəlif beynəlxalq layihələrdə iştirak etmələrinə şərait yaradacaq. Dünyada mövcud olan digər GRİD şəbəkələrinə qoşulmağa imkan verən Milli GRİD seqmenti Naxçıvan Dövlət Universitetinin dünyaya inteqrasiya imkanlarını genişləndirməklə yanaşı, elmi nəticələrin saxlanması, qorunması və onlardan səmərəli istifadə, elmi nəzəri və təcrübə mübadiləsində əhəmiyyətli rol oynayacaq. AMEA Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyasının əməkdaşı Rövşən Həşimov AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Ovsat Abdinovun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Milli GRİD seqmenti haqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın əksər elmi tədqiqat institutlarının qoşulması nəzərdə tutulan GRİD resursların mərkəzləşdirilmiş idarəsi mümkün olmayan halda bu resurslardan istifadəni koordinasiya edən sistemdir. Milli GRİD seqmentinin qarşısında duran əsas vəzifə Azərbaycanda informasiya hesablama GRİD mühütünün yaradılması və elm, sənaye, iqtisadiyyat və s. digər sahələrdə tətbiqinə nail olmaqdır. GRİD standart, açıq, universal protokol və interfeysdən istifadə edib yüksək keyfiyyətli xidmət göstərir. GRİD texnologiyaların infrastrukturun və standartların qovuşmasıdır. Hal – hazırda informasiya texnologiyaları aləmində informasiya və hesablama resurslarının qlobal inteqrasiyasını təmin edə bilən bu yeni kompüter infrastrukturu geniş vüsət almışdır. GRİD-in məqsədi ərazi cəhətdən paylanmış yüksək texnoloji informasiya və hesablama resurslarına – ayrı-ayrı kompüterlərə, klasterlərə və superkompüter mərkəzlərinə, informasiya anbarlarına, şəbəkələrə, elmi instrumentarilərə və s. etibarlı, uyğun, ucuz və təhlükəsizlik girişi təmin edə bilən standartlaşdırılmış xidmətlər dəstinin yaradılmasıdır. GRİD istənilən elmi araşdırmalarda effektivdir; adi informasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi hallarda GRİD əvəzedilməzdir. Sonda AMEA Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyasının əməkdaşı müəllim və tələbələrin suallarını cavablandırmışdır.
Qeyd edək ki, yaxın zamanlarda universitetin Fizika-riyaziyyat fakültəsinin nəzdində yaradılmış xüsusi otaqda müasir kompüter dəsti quraşdırılacaq və Milli GRİD seqmentinə qoşulma işləri tamamlanacaq.


Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info