Azərbaycan ABŞ-a nota verdi
Tarix: 15.12.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək ona etiraz notasını təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, sözügedən notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı Səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.
Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk Qrupunun həmsədr institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Bu kimi addımın kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə zidd olduğu da diqqətə çatdırılır.
Notada ABŞ ərazisində qondarma rejimin “təmsilçi”lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, əksinə onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.
Sənəddə həmçinin Ermənistan tərəfinin təxribat xarakterli addımlarına adekvat reaksiyanın göstərilməməsinin onun cəzasızlıq hissini daha da artırmasına, qanunsuz rejimin “təmsilçi”lərinə hər hansı bir vəzifədə və ya məqsədlə ABŞ-a daxil olmasına icazə verilməsinin isə Ermənistanın qeyri-konstruktiv mövqeyində qalmasına və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə rəvac verdiyi vurğulanır.
Notada ABŞ-ın beynəlxalq müstəvidə məsuliyyətli dövlət kimi beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsinə sadiq qalacağı, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimi tanımamaq siyasətini daha da gücləndirəcəyinə ümidvarlıq ifadə olunur.
Səfir Robert Sekuta Azərbaycanın narahatlıq və narazılığının ifadə olunduğu notanın Dövlət Departamentinə təqdim olunacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info