“Gənclərimizin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət ayırmalıyıq”
Tarix: 16.12.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Nigar Ələsgərova: “Gənclər müstəqilliyin və dövlətçiliyin qorunub saxlanmasında yaxından iştirak edən əsas qüvvədir”

Bu gün Azərbaycan gəncinin əsas amalı dövlətə və vətənə sədaqət nümayiş etdirməkdir. Dünyada baş verən çevik ictimai-siyasi proseslərə görə gənclərimiz daha ayıq-sayıq olmalı, istənilən addımda dövlətin mövqeyini qorumalıdırlar. Bu baxımdan gənclər sektorunda olan QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Elə müsahibimiz Nigar Ələsgərova da “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri olaraq bu məsuliyyəti hər zaman hiss edir. Xatırladaq ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi 2012-ci ildə yaradılıb. Birliyin məqsədi gənclərin vətənpərvərliyinin təbliğatına, milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunmasıdır.

-Bu gün Azərbaycan gənci nə dərəcədə dövlətinə və xalqına
bağlıdır?

-Müasir Azərbaycan tarixinin hər bir mərhələsində gənclər sosial, siyasi, iqtisadi, ümumilikdə cəmiyyətin bütün sahələrində inkişafın, müstəqilliyin, dövlətçiliyin qorunub saxlanmasında yaxından iştirak edən əsas qüvvədir.
Mən “gənc” deyəndə gözümdə bir neçə tip insan canlanır. Mənim fikrimcə, dövlətinə bağlılıq, xalqına, vətəninə sevgi hissinin yaranması, daha doğrusu, bir gəncin bu ali hisləri anlaması üçün o, ilk növbədə bir neçə özünüdərk mərhələsini keçməlidir. Özünüdərk ilk növbədə yaxşı təhsildən, müxtəlif ictimai fəaliyyətlərdən, heç danılmazdır ki, ailə mühitindən və s. kənar təsirlərdən formalaşır. Vətənə məhəbbət, dövlətini, xalqını sevməyin nə qədər yüksək dəyər olduğunu təkcə anlamaq, təbii ki, kifayət deyil. Bunları sözdə deyil, əməldə hiss etdirmək vacibdir. Hər bir Azərbaycan gənci anlamalıdır ki, sevmək, sadiqlik, bağlılıq əməldə olmalıdır.
Bu gün ölkəmizdə kifayət qədər özünü dərk etmiş, xalqına bağlı, dövlətinə sadiq və əməli ilə bunu sübut edən gənclər ordusu var.
-Gənclərimizin xarici təsirlərdən qorunması üçün nə edilməlidir?
-Mən bu fikrimi həmişə, hər yerdə səsləndirirəm. Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasəti həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Təbii ki, bu fakt gənclər üçün real imkanlar açır. Gənclər üçün “Gənclər Mərkəzləri”nin tikintisi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi üçün Prezident yanında Gənclər Fondunun yaradılması, müxtəlif gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi və s. bu siyasətin uğurlu nəticəsidir.
Gənc ona yaradılan imkandan düzgün yararlanmalı, öz üzərində daim çalışmalı, biliyini, dünyagörüşünü artırmalıdır. Burada ailə faktoru yenə də öz sözünü deyir. Gənc ailələr də tərbiyə etdikləri övladlarında yuxarıda qeyd etdiyim keyfiyyətlərin aşılanması üçün çalışmalıdır. Belə olan halda, savadlı, dünyagörüşlü, yaxşını pisdən ayırd etməyi bacaran gənc, təbii ki, heç bir xarici təsirlərə məruz qalmayacaq.
Tarix boyu müstəqil dövlətlərə xarici qüvvələr təsir etməyə, müdaxilələr etməyə çalışıblar. Azərbaycan kimi bir ölkə də, təbii ki, bu kimi hallardan kənarda deyil. Biz hər fürsətdə gənclərimizin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət ayırmalıyıq. Maarifləndirmək istənilən sosial, siyasi, ictimai problemin həllində effektivdir. Davamlı maarifləndirmə işləri aparılmalıdır. Media da bu prosesdə öz məsuliyyətini anlamalı və dəyərlərimiz uğrunda əl-ələ, çiyin-çiyinə çalışmalıyıq.
-Gənclərin dövlətçilik şüuru və vətənpərvərlik hislərini necə artırmaq olar?
-Dövlətçilik şüuru, vətənpərvərlik hissi elə bir ülvi duyğulardır ki, bu hisləri artırmaq bir layihə, hansısa təlim və ya konkret bir addımla həll olunmur.
Öncəki fikirlərimdə də qeyd etdim; hərtərəfli maarifləndirmə və təhsil. Ancaq bu cür davamlı şəkildə aparılan siyasət şəklində bu mümkündür. Ümumilikdə isə Azərbaycan gəncini bir çox ölkələrin gəncləri ilə müqayisə etsək, fəxrlə deyə bilərik ki, Azərbaycan gənci vətənpərvər gəncdir.
-Siz Odlar Yurdu olaraq gənclərlə bağlı bu istiqamətdə hansı layihələr keçirirsiz?
-İcra etdiyimiz layihələr, həyata keçirdiyimiz tədbir və görüşlərin mövzusundan asılı olmayaraq, istər yerli, istər regional, istərsə də beynəlxalq müstəvidə bütün fəaliyyətimizin əsas prioritet istiqaməti dövlətinə, xalqına bağlılıq, Azərbaycan dəyərlərinin qorunmasıdır.
Bütün fəaliyyətlərimizdə gənclərin innovativ potensialından geniş istifadə etməyə çalışır, onları yalnız bu prosesin iştirakçısı deyil, fəal icraçısına da çevirməyə çalışırıq.
-Digər QHT-lərlə əməkdaşlıq edirsizmi?
-Əlbəttə, əməkdaşlıq edirik. “Azərbaycan İntellektual Oyunlar Klubu” İB, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qan Donorları Assosiasiyası” İB, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsi ilə rəsmi əməkdaşlıq edirik.
Eyni zamanda müxtəlif həmkarlarımızla tədbirlər və layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq edir və bir-birimizə dəstək oluruq.
-“Gəncə Avropa Gənclər Paytaxtı-2016” ilə bağlı görülən işlərdə gənclər nə dərəcədə aktivdir?
-Artıq “Gəncə-2016”-nın astanasındayıq. Gəncə bu titulu qəbul etmək üçün tam gücü ilə hazırlaşır. Bu istiqamətdə icra olunan son layihə ilə bağlı qısa məlumat vermək istərdim. Rəhbəri olduğum “Gəncə 2016-Avropalı Gənc Yazarların hekayələrində” adlı beynəlxalq layihə “Odlar Yurdu “ Gənclər İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, AR Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə 25-30 noyabr 2015-ci il tarixində həyata keçirildi. Layhənin əsas məqsədi “Gəncə 2016 “Avropa Gənclər Paytaxtı” statusunun Avropa gənclərinə təbliğ olunmasına xidmət etmək idi. Layihəyə Almaniya, Böyük Britaniya Krallığı, Türkiyə, Polşa, Litva, Makedoniya, Gürcüstan, Moldova, Çexiya , Rusiya, İtaliya, Ukraynadan gənc yazar, bloger və jurnalistlər dəvət olunmuşdu. Xoş təəssüratlarla ölkələrinə qayıdan iştirakçılar “Amazing Azerbaijan” (ecazkar Azərbaycan) , “Mysterious Ganja“ (sirli Gəncə) və s. başlıqlarda Azərbaycan, Gəncə haqqında öz hekayələrini çalışdıqları media qurumlarında, sosial şəbəkələrdə, müxtəlif səhifə və qruplarda paylaşırlar. Birinci yerə layiq görülmüş İtaliyadan olan iştirakçı xanımın hekayəsini oxuyanda insan sanki Gəncəni yenidən kəşf edir və daha çox sevmək istəyir.
Buna bənzər layihə yay aylarında “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” İB tərəfindən icra olundu və avropalı fotoqraflar Gəncə şəhərində çəkdikləri fotolarını Avropanın dörd bir tərəfində sərgilədilər.
Təsəvvür edin ki, bu cür layihələrlə Gəncəyə gəlmək, onu tanımaq imkanı olmayan yüzlərlə gənc Gəncəni müəyyən mənada tanıdı, onun 2016-cı ildə onun Gənclər paytaxtı olduğunu bildi. Bu, Avropa gəncində ölkəyə və Gəncəyə marağın artması deməkdir.
Heç şübhəsiz ki, 2016-cı ildə də bir çox layihələr icra olunacaq.
-Gələcək planlarınız haqda nə deyə bilərsiz?
-Gənclərlə işləmək vəzifə deyil, status deyil. Bu, həyat tərzidir. Biz bilirik ki, gənclər ölkənin gələcəyidir və bizim məqsədimiz bu gələcəyi maksimum güclü, vətəninə bağlı və töhfəçi etməkdir. Odur ki, bu istiqamətdə fəaliyyətimiz davam edəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info