Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olub
Tarix: 16.12.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi ilə (BANM) müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP arasında müqavilə imzalanıb.
BANM-ın rektoru Elmar Qasımov bildirib ki, bu müqaviləyə əsasən, Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olur. Razılaşma Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən gənc mütəxəssislərə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında təcrübə əldə etməkdə yardım edəcək. Qlobal texnologiyalar üzrə təcrübə tələbələrə zəruri biliklərin toplanması və bu təcrübənin ölkəmizin aparıcı şirkətlərindən olan SOCAR-da tətbiq edilməsinə imkan yaradacaq. SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer deyib ki, dünyanın neft və qaz sənayesi üçün ən müsbət təcrübəyə çevrilən SAP tətbiqi proqramları Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında istifadə olunur və SOCAR, “Nobel Oil”, “BOS Şelf” və başqa aparıcı şirkətlərə səmərəliliyin artırılması və dünyada təhlükəsizlik və davamlılıqla bağlı standartlara uyğun işgüzarlığın inkişafina yardım göstərir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info