İqlim müqaviləsi nəyə təsir edəcək?
Tarix: 16.12.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Parisdə qəbul edilən qərar bərpaolunan enerjiyə tələbatı artırmaqla, nəqliyyatdan inşaata, enerjidən kənd təsərrüfatına qədər bütün sektorlara təsir edəcək

Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) başa çatdı. Bu konfransın əhəmiyyətini və müzakirəyə çıxarılan məsələlərin aktuallığını tədbirdə çoxsaylı dövlət və hökumət başçısının iştirakı bir daha təsdiqlədi.
Konfransda müzakirəyə çıxarılan mövzulardan biri dünyada istixana qazlarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə idi.
COP21 konfransı iqlim dəyişikliyi ilə əlaqədar olsa da, mütəxəssislər əldə olunan nəticələrin yalnız ətraf mühit üçün deyil, iqtisadiyyata, gündəlik həyat tərzinə təsir edəcəyini açıqlayıblar. 195 ölkənin təsdiq etdiyi müqavilə qlobal istiləşməni 2 dərəcədən az hesablayaraq 1,5 dərəcə ilə məhdudlaşdırır. Üstəlik inkişaf etməkdə olan ölkələrin alınacaq tədbirlərdən mənfi təsirlənməməsi üçün də 2020-ci ilə qədər illik 100 milyard dollar mənbə ayrılması nəzərdə tutulur. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, Paris müqaviləsi tarixi hadisədir və dünya enerji sektoru üçün tarixi bir dönüş nöqtəsi olacaq.
COP21 müqaviləsi 2020-ci ildə qüvvəyə minəcək. Bütün dünya ölkələrinin iqlimlə bağlı bir yerə toplaması baxımından çox önəmli olduğunu deyən mütəxəssislərin fikrincə, anlaşmanın nəqliyyatdan inşaata, enerjidən kənd təsərrüfatına qədər bütün sektorlarda uzunmüddətli təsirləri olacaq. F.Birol bildirib ki, bu müqavilədən sonra dünyadakı bərpaolunan enerji və digər təmiz enerji texnologiyalarındakı artım çox böyük sürət qazanacaq: “Yatırımların ciddi şəkildə, xüsusilə günəş, külək və hidravlik stansiyalara dönəcəyi dəqiqləşdi. Ölkələrin emissiyalarını nə qədər azaldacaqları ilə bağlı öhdəlikləri beş ildə bir dəfə BMT tərəfindən yoxlanılacaq, öhdəliklərlə bağlı hər il addımlar yaxından izləniləcək və şəffaf şəkildə bütün dünyaya açıqlanacaq. Buradakı ən böyük problem inkişaf etmiş ilə inkişaf etməkdə olan ölkələri bir araya gətirməkdir”. Birol bildirib ki, bundan sonra investisiya yatıranlar yüksək karbonlu və çirkli texnologiyalara yatırım edərkən “ziyan edərəmmi” deyə düşünməyə başlayacaqlar. Bundan başqa, Parisdən enerji sərmayəçilərinə çox güclü bir siqnal gəlib. Bu isə odur ki, bundan sonra istifadə edilən yanacaqların müqayisəsi zamanı yeni anlaşma faktor kimi mütləq nəzərə alınacaq. Onun sözlərinə görə, “bu gün bütün təmiz enerji texnologiyası qazandı, çirklilər isə itirdi”. Əslində, üç qazanan, bir itirən var. Günəş, külək və enerji məhsuldarlığı qazandı. Ən çox itirən isə aşağı məhsuldarlığı olan kömür stansiyaları oldu. Onlar hazırda dünya elektrik istehsalında ən çox paya sahib mənbədir. Dünya kömürünün yarısını istehlak edən Çin, ABŞ ilə birlikdə iqlim dəyişikliyinin müzakirəsinin təmin edilməsində ən konstruktiv rollardan birini oynayıb.
Birol bərpaolunan enerjinin daha çox istifadə ediləcəyi üçün qiymətlərdə də ciddi enmə olacağını söyləyib: “Əslində, bu müqavilənin ən önəmli tərəflərindən biri də bərpaolunan enerjini ucuz enerji halına gətirməkdir. Bərpaolunan enerji nə qədər çox istifadə edilirsə, nə qədər çox günəş və külək enerji stansiyası hazırlanarsa, qiyməti də o qədər çox düşəcək. Enerji məhsuldarlığı ilə bağlı çox önəmli dəyişikliklər olacaq. Məcburi məhsuldarlıq meyarları gələcək. Yeni bir enerji dünyasına yelkən açılır. Ancaq bunun üçün zaman lazımdır”.
Qeyd edək ki, zirvə toplantısında Bill Gates və Mark Zuckerberg kimi bir çox sərmayəçi milyard dollarlıq bir koalisiya qurduqlarını və qaynaqlarını təmiz enerji ilə bağlı texnoloji inkişaflara ayıracaqlarını açıqlayıb. F.Birol bunun çox ciddi bir hadisə olduğunu, enerji sektorundakı tətbiq edilən innovasiyaların sürətlənəcəyini bildirib. Bu isə hazırda bahalı görünən elektrikli avtomobillərin və ya enerji saxlamaq kimi bəzi yeni texnologiyaların qiymətlərin aşağı düşməsinə dəstək olacaq. Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chanin “Breakthrough Enercy Coalition” adlı bu koalisiyadakı ortaqları Bill Gates ilə məhdudlaşmır. “Amazon CEO”-nun yaradıcısı Jeff Bezos və “Virgin”in yaradıcısı Sir Rivhard Branson da koalisiyanın üzvləri arasındadır. Koalisiya dövlətlərlə birlikdə çalışaraq karbon azalmasını reallaşdırmağa, hamıya təmiz və uyğun qiymətə enerji təqdim etmə ilə bağlı yeni enerji şirkətlərinə investiyalar yatırmağa çalışacaq.
Qeyd edək ki, həmin müqavilə dünyada enerji siyasətinə də yenidən nəzər salınmasına səbəb ola bilər. Atmosferə zərər verən çirkliliyin təmizlənməsi üçün də böyük investisiyalar lazımdır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu sahədə yeniləmə üçün 16,5 trilyon dollar investisiya qoyulmalıdır. Bunun təmin edilməsi üçün də bərpaolunan enerji istehsalına təşviqlər edilməli, digər yanacaq sahələrinə təşviqlərin azalması, nəqliyyatdan inşaata qədər bütün sektorlarda dəyişiklik olması vacibdir. Karbon Təqib Təşəbbüsünün rəhbəri Anthony Hobleyin fikrincə,1,5 dərəcəli karbon büdcəsi qalıq yanacaq dövrünün həqiqətən başa çatdığını göstərir: “Parisdə qəbul edilən qərar bərpaolunan enerjiyə dönüşün getdikcə daha sürətlə bir şəkildə artacağını göstərir. Maliyyə bazarları təmiz enerji üçün mənbə təmin etməlidir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info