Azərbaycan qədim İpək Yolu üzrə iqtisadi kəmərin yaradılmasını dəstəkləyir
Tarix: 16.12.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Sun Xunbin: “İpək Yolu konsepsiyası dünyada geosiyasi situasiyanı dəyişə bilər”

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin səbəbi ABŞ-ın Səudiyyə Ərəbistanı ilə işbirliyində olması ilə bağlıdır. Məqsəd Rusiyanı çökdürməkdir”.
Bu sözləri “Vzqlyad” nəşrinə müsahibəsində Çinin beynəlxalq maliyyə məsələlər üzrə məşhur eksperti Sun Xunbin deyib. 2007-ci ildə çap olunan kitabında ABŞ-dakı ipoteka böhranı və ardınca 2008-ci il böhranını öncədən proqnozlaşdırması ilə xeyli məşhurlaşan Xunbin deyib ki, Rusiya və Çin dünya iqtisadiyyatına nəzarət edə bilər. Müsahibədə qeyd edilir ki, bu gün dünya valyuta müharibəsinə səhnə olub. ABŞ-ın həyata keçirdiyi monetar siyasət dünya bazarlarında çalxalanmalara, dolların qiymətinin artmasına, neftin qiymətinin aşağı düşməsinə səbəb olub ki, bu da inkişaf etməkdə olan ölkələrdən kapital axınını sürətləndirir. Ekspert qeyd edib ki. dünyadakı geosiyasi vəziyyət iqtisadiyyata ciddi şəkildə təsir edir: “2016-cı ildə Çinin də, Rusiyanın da, ABŞ-ın da ciddi maliyyə problemləri olacaq. İstənilən ölkə iqtisadi böhranla qarşılaşa bilər və bu, real iqtisadiyyatın artımı və ya azalması ilə bağlı deyil. Neftin qiymətinin aşağı düşməsi iqtisadi deyil, siyasi səbəblərlə bağlıdır. İstənilən lokal müharibə neftin qiymətinin artımı ilə nəticələnib. Amma indi Yaxın Şərqi müharibə bürüyüb. Hamı hamıya qarşı mübarizə aparır. Amma neftin qiyməti aşağı düşür. Bu, neftin qiymətinin bazar prinsipləri ilə deyil, siyasi prinsiplərlə tənzimlənməsi ilə bağlıdır. Bu gün Çində siyasi dairələr iki yerə bölünüb. Onlardan bir qismi hesab edir ki, ABŞ-la yaxşı münasibətlər saxlamaq lazımdır və dollardan imtina etmək Çinə sərf etmir. Digərləri, o cümlədən mən hesab edirəm ki, Çin və Rusiya kimi ölkələr öz maliyyə sistemlərinə, suveren iqtisadiyyata və valyutaya sahib olmalıdırlar. Dollar sistemi stabil deyil və ona oriyentasiya etmək lazım deyil. Rusiyanın Çindən üstünlüyü böyük ərazisi və resurslarıdır. Çinin nefti və qazı yoxdur, eləcə də ABŞ və Avropanın ixrac bazarından asılıdır. Çin neft və qazı, əsasən, dollarla aldığı üçün bu valyutanın çatışmazlığı ciddi fəsadlar yarada bilər. Bu sövdələşmədə tədricən milli valyutalara keçmək lazımdır. Eyni zamanda dünyada geosiyasi situasiyanı dəyişəcək tranzit-nəqliyyat sistemini inkişaf etdirmək lazımdır. Rusiya Avrasiya İqtisadi İttifaqını yaradıb, Çin isə öz növbəsində Rusiya ilə birlikdə İpək Yolu konsepsiyasını hazırlayıb. 500 ildir dünyanı qüdrətli dəniz dövlətləri idarə edib. Amma Asiya ilə Rusiya arasında sürətli dəmir yolu xətti çəkilsə, biz yüklərimizi Avropaya 60 deyil, 2 gün ərzində çatdıra bilərik. Avrasiyada lazım olan bütün resurslar var-təbii resurslar, texnologiya və insan kapitalı böyükdür. Dəmir yolu şəbəkəsinin inkişaf etdirə, sürətli qatarları işə sala bilsək, dəniz nəhənglərinin dünyanı idarə etməsinə son qoya bilərik. Belə olan halda, dünya iqtisadiyyatına nəzarət digər dövlətlərin əlinə keçəcək. İpək Yolu konsepsiyası həm Çinin, həm də Rusiyanın xeyrinədir”. Qeyd edək ki, Çinin təklif etdiyi İpək Yolu konsepsiyasında ən mühüm yerlərdən birini də Azərbaycan tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və sona çatmaqda olan Bakı-Tiflis Qars dəmir yolu layihəsi Çindən yola çıxan yüklərin qısa zaman ərzində Bakı-Qars dəmir yolu xətti ilə Türkiyəyə, oradan da Avropaya daşınmasını təmin edəcək. Bir neçə gün əvvəl Çində dövlət səfərində olan Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə bu məsələlərin müzakirəsi də diqqət mərkəzində olub. Tərəflər arasında imzalanan sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” oldu. Prezident İlham Əliyev Çin Baş naziri ilə görüşdə ölkəmizin Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu qeyd etmişdi. Dövlət başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edərək Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırmışdı. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirmişdi. Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Çin Xalq Respublikasının Sədri Si Cinpin də Prezident İlham Əliyevlə görüşdə İpək Yolu üzrə iqtisadi zolağın yaradılması layihəsinin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırmışdı. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırmışdı.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info