Çin azad ticarət zonası yaradılmasını, Rusiya isə dollardan imtinanı təklif edir
Tarix: 16.12.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Çin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarətin asanlaşdırılması, 2020-ci ilə qədər malların, xidmətlərin və texnologiyaların sərbəst hərəkətinin həyata keçirilməsini təmin etmək üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edib.
Ölkənin Dövlət Şurasının rəhbəri Li Keçyan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində azad ticarət zonası yaratmaq üçün xüsusi tədbirləri inkişaf etdirməyi təklif edib. Onun sözlərinə görə, ŞƏT çərçivəsində azad ticarət zonası yaratmaq üçün xüsusi tədbirlər inkişaf etdirmək üzv ölkələrin ticarət və iqtisadiyyat nazirlərinə həvalə edilməlidir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə çıxış edən Rusiyanın baş naziri D.Medvedev isə ŞƏT ölkələri arasında aparılan hesablaşmalarda dollardan imtina etməyə çağırıb. O, Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin ticarət əlaqələrində milli valyutaların payının artırılmasının ticarət əlaqələrinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb. Rusiyalı baş nazir bu sahədə artıq fəaliyyətə başladıqlarını və Moskva birjasında artıq pilot layihəyə start verdiklərini görüş iştirakçılarının nəzərinə çatdırıb: “Ticarət sistemi dolların vasitəçiliyi olmadan rubl-yuan, rubl-təngə vasitəsilə həyata keçirilməlidir. Rusiya beynəlxalq əməkdaşlığa qarşı deyil. Lakin bizim üçün iqtisadi sahədə davranışın ümumi qaydaları xüsusi önəm kəsb edir. Məlumdur ki, hazırda dünya iqtisadiyyatında ciddi problemlər mövcuddur. Beynəlxalq ticarət göstəricilərində azalmalar davam edir. Vəziyyətin belə davam etməsini zəiflətmək cəhdləri də mürəkkəbdir. Ancaq qeyd edilməlidir ki, dünyada iqtisadi əlaqələrin parçalanmasının qarşısını eksklüziv əlaqələr yaradılması ilə almaq olar”.
Beynəlxalq birliklərin yaranmasına qarşı olmadığını Rusiya dövləti adından bəyan edən Medvedev bir daha dünya dövlətlərini iqtisadi sahədə davranışda ümumi qaydalara riayət etməyə çağırıb: “Qeyd etmək istəyirəm ki, bizim dövlət Sakit okean tipli tərəfdaşlara qarşı da deyil, lakin biz anlamaq istəyirik ki, qlobal ticarətin, Ümumdünya Ticarət Təşkilatının taleyi necə olacaq? Axı, biz proqnozlaşdırıla bilən bir dünyada yaşayırıq. Elə bir dünyada ki, iqtisadi sahədə də davranışın vahid qaydaları mövcuddur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info