Dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir
Tarix: 16.12.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Saatlı rayonundakı Gənclər Evində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konfransda rayonun dini icmalarının rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıblar. DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən danışıb. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. O bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib. Konfransda vurğulanıb ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınaqlarından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur. Konfransda Nardaran hadisələrinə də münasibət bildirilib. Çıxışlarda özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun təxribatçı əməlləri qətiyyətlə pislənilib, onların pozuculuq fəaliyyəti ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, demokratik əsaslarına qarşı din pərdəsi altında yönələn xəyanət hesab edilib. Milli Məclisin deputatı Əflatun Amaşov və rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfransda iştirak edib. Konfrans başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı Saatlıdakı “Cümə” məscidində dindarlarla görüşüb, məscidə dini kitablar hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info