“Azərbaycan klublarında olan infrastruktur Ukraynanın bir çox komandasında yoxdur”
Tarix: 16.12.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Ukrayna futbolunda hazırda geriləmə müşahidə olunur. Amma bu vəziyyətdə belə, futbolumuz Azərbaycan futbolundan güclüdür”.
Bunu “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub deyib. “Qəbələ”də çıxış edən Vitali Vernidubun atası bu klubun ünvanına tərif deyib. O, “Qəbələ”dəki şəraitin Ukraynanın bir çox Premyer Liqa komandasında olmadığını söyləyib: “Ümumiyyətlə, Azərbaycanın bəzi klublarında olan infrastruktur Ukraynanın bir çox komandasında yoxdu. O ki qaldı “Qəbələ”yə, kifayət qədər ciddi və iddialı klubdur. Onlar boş yerə komandanın “sükanı arxası”na Roman Qriqorçuku gətirməyiblər. Hər cür şərait də yaradıblar. Orda 4 yaxşı meydança və 1 üstü qapalı süni örtüklü meydança gördüm. Üstəlik, o qədər də böyük olmayan, amma gözəl stadionları da var. Futbolçuların məskunlaşması, yaşaması üçün əla şərait yaradılıb, heç bir problemləri olmur. Klubun maliyyə durumu da çox yaxşıdır”. “Qəbələ” və “Qarabağ”ın Avropa Liqasındakı çıxışını dəyərləndirən Yuri Vernidub komandalarımızın layiqli çıxış etdiklərini bildirib: “Azərbaycanın iki komandası Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. “Qarabağ” növbəti mərhələ şansını son tura qədər saxladı. “Qəbələ” isə qrupa düşmək üçün 4 mərhələ keçdi. Bəli, onlar “Borussiya” (Dortmund), “Krasnodar” və PAOK kimi komandaların yer aldığı güclü qrupa düşmüşdülər. Ağır oyunlar olsa da, layiqli mübarizə apardılar. Amma həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün əvəzolunmaz təcrübə topladılar”.
Təcrübəli mütəxəssis son olaraq oğlu Vitalinin “Qəbələ”dəki çıxışını dəyərləndirib. Yuri Vernidubun fikrincə, oğlunun müntəzəm oynamamağının səbəbi hələ də Azərbaycana uyğunlaşmamağıdı: “Oğlum ilk 6 ayda uyğunlaşma dövrü keçdi. Bəzən oynadı, bəzən isə ehtiyatda qaldı. Başqa ölkəyə gedən istənilən şəxsin uyğunlaşmaq üçün zamana ehtiyacı olur. Fikrimcə, hər şey gözəl olacaq. Hazırkı duruma görə onu qınamıram. O, möhkəm insandı, öz taleyini dəyişəcək gücdədi. Mən oğlumla fəxr edirəm. O, əsl peşəkardı”. Qeyd edək ki, cari mövsümün əvvəlində “Zarya”dan “Qəbələ”yə keçən Vitali Vernidub bu müddət ərzində “qırmızı-qaralar”ın heyətində 15 oyun keçirib, 7 sarı vərəqə alıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info