"Suriya böhranının nizamlanması Rusiya və ABŞ-ın daim diqqətini tələb edir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibiCon Kerri ilə keçirdiyi görüşdə bildirib. “Bu böhranın nizamlanması yolunda Suriyaya beynəlxalq dəstək qrupunun işi kontekstində bu gün nəzərdən keçirməyimiz vacib olan məsələlər var”, - deyə Rusiya XİN başçısı söyləyib. ABŞ-Rusiya münasibətlərindən danışan S. Lavrov C. Kerri ilə ikitərəfli münasibətlərə dair bütün məsələləri müzakirə etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın Ukraynadakı böhranın həllinə necə kömək edə biləcəyi məsələsini də müzakirə etmək istəyir. ABŞ dövlət katibi bildirib ki, ABŞ-la Rusiya hesab edir ki, “İŞİD” bütün dövlətlər üçün ümumi təhlükədir və onunla danışıqlar aparıla bilməz”.
|