Azərbaycan Koreya gömrük xidməti ilə tərəfdaş kimi fəaliyyət göstərə bilər
Tarix: 16.12.2015 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsində (DGK) Koreya gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Koreya gömrük xidmətinin İnçeon şəhərinin Baş Gömrük İdarəsinin müşahidə bölməsinin rəhbəri Yang Dong Seonun başçılıq etdiyi nümayəndə heyətini DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev qəbul edib.
İ. Babayev Azərbaycan gömrük xidmətinin yaranması, inkişaf mərhələləri, strukturu və Azərbaycanda gömrük işinin təşkili barədə qonaqları ətraflı məlumatlandırıb. Ölkəmizdə gömrük sahəsində tətbiq olunan innovasiya layihələrinə toxunan Baş İdarənin rəisi Azərbaycan gömrüyünün bu istiqamətdə Orta Asiya respublikaları, Monqolustan və Ukraynaya dəstək verdiyini, bu ölkələrdə həyata keçiriləcək layihələrdə Koreya gömrük xidməti ilə əməkdaşlıq etməklə yanaşı, tərəfdaş kimi də fəaliyyət göstərməkdən məmnunluq duyulacağını ifadə edib.
Y. Seon bildirib ki, Koreya hökumətinin ayırdığı qrant hesabına dünyanın müxtəlif ölkələrində “Gömrük işinin təkmilləşdirilməsi layihəsi” həyata keçirilir. Layihə çərçivəsində həmin ölkələrdə araşdırma aparan mütəxəssislər əldə etdikləri nəticələr əsasında gömrük işinin daha da səmərəli təşkili ilə bağlı tətbiq ediləcək innovasiya layihələrini müəyyənləşdirir.
Görüş başa çatdıqdan sonra Koreya nümayəndə heyəti DGK-də Hədəf Mərkəzinin fəaliyyəti, VAİS proqramının iş prinsipləri ilə yaxından tanış olub. Üç gün davam edəcək səfər zamanı koreyalı mütəxəssislər Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi, eləcə də bu təşkilatın Regional Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin Akademiyasının da fəaliyyəti ilə yaxından tanış olacaq və araşdırma aparacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycan İsrailə biyan ixrac edəcək
24.06.2019
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
24.06.2019
Neftin qiyməti bahalaşır
24.06.2019
Azərbaycan istehsallı tekstil məhsullarının Polşaya ixracı planlaşdırılır
23.06.2019
Azərbaycan Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info