“700-ə qədər ziyarətgahın əksəriyyətinin icması yoxdur”
Tarix: 16.12.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Azərbaycanda məscidlərlə yanaşı, ziyarətgahların da dini icması olmalıdır. Amma təəssüf ki, Azərbaycanda hazırda 700-ə qədər ziyarətgahın əksəriyyətinin icması yoxdur”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı Rəhimə Xanım ziyarətgahı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
M. Qurbanlı qeyd edib ki, ora məscid yox, ziyarətgahdır: “Amma buna baxmayaraq, orada da qanunun tələbi ilə icma olmalıdır, lakin təəssüf ki, indiyə kimi olmayıb və qanunsuz fəaliyyət göstərib. Buranın da fəaliyyət göstərməsi üçün icma yaradılmalıdır”.
Komitə sədri bildirib ki, ümumiyyətlə, ölkədəki ziyarətgahlarla əlaqədar yeni qaydaların tətbiqinə ehtiyac var: “Ziyarətgahların hamısı yenidən qeydiyyata alınmalıdır, müəyyənləşdirilməlidir. Tarixi ziyarət yerləri var, bir də kimlərsə tərəfindən yol kənarında, haradasa yaradılan, tarixiliyə bağlı olmayan ziyarətgah deyilən yerlər var. Amma həqiqi tarixi ziyarətgah yerlərinin hamısının icması olmalıdır. Onları icma idarə etməlidir. Əgər icmaları olmayacaqsa, onların heç biri fəaliyyət göstərməyəcək. Çünki qanun buna icazə vermir".

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info