Ötən il 15-19 yaşlı anaların 279-u ikinci uşaq dünyaya gətirib
Tarix: 16.12.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Açınacaqlı hal odur ki, ötən il Azərbaycanda 15-19 yaşlı anaların 279-da ikinci uşaq, 9-da isə 3-cü uşaq dünyaya gəlib. 18-19 yaşlı anaların isə 158 nəfərində 3-cü uşaq dünyaya gəlib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
İ.İsayev deyib ki, 2014-cü qeydə alınmış 84912 nikahın 479-u 18 yaşına çatmamış qızlarla, 2-si 18 yaşına çatmamış oğlanla olub. 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296-sı 15-17 yaşlı uşaqların payına düşür.
İ.İsayev bu sahədə problemin ölkə ictimaiyyəti üçün narahat edici olduğunu da söyləyib: "Ailə cəmiyyətin əsasını təşkil edir. Onu qurmaq, formalaşdırmaq, qoruyub saxlamaq yaş və psixoloji baxımdan yeniyetmələr üçün çətindir. Bunun üçün yeniyetmənin özünün tam mənada formalaşması tələb olunur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info