Səttar Mehbalıyev yenidən BHİK-in vitse-prezidenti seçilib
Tarix: 16.12.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Dekabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının 3-cü Baş Assambleyası keçirilib.
Avropa ölkələrinin həmkarlar ittifaqlarının 120-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən iclasda son zamanlar baş vermiş terrorlar və fəlakətlər zamanı həlak olmuş insanlar bir dəqiqəlik sükutla yad edilib.
İclası PARŞ-ın hazırkı prezidenti Mixail Şmakov acaraq təşkilatın fəaliyyəti barədə məruzə ilə çıxış edib. Sonra ötən dövr ərzində görülən işlərin hesabatı dinlənilib, gələn il üçün fəaliyyət proqramı müzakirə edilib.
Tədbirdə 2016-2019-cu illər üçün Sülh, demokratiya və sabitlik, Avropadakı böhranın yeni mərhələləri, əmək bazarı, miqrasiya və qaçqınlar dalğası, artan bərabərsizliklə mübarizə, əmək və sosial hüquqların müdafiəsi, həqiqi sosial dialoq, kollektiv danışıqlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb müvafiq qərarlar qəbul edilib.
Sonda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional şurasının yeni tərkibinə seçkilər keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev yenidən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info