Dekabr üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb
Tarix: 16.12.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb. Bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən vətəndaşların qəbulu zamanı bildirib.
E.Mehdiyev qeyd edib ki, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin dekabr ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib. Belə ki, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb.” Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər.
Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə, başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtından əvvəl həyata keçirilməsi təmin olunub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info