Dini radikalizmə qarşı maarifləndirmə ilə mübarizə aparılmalıdır
Tarix: 16.12.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Saatlı rayonundakı Gənclər Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən ikigünlük regional konfrans başa çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən bildiriblər ki, regionda fəaliyyət göstərən dini icma sədrlərinin, ağsaqqalların, axundların, eləcə də fəal dindarların iştirak etdiyi konfransda çıxış edən Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkilindən, mövcud imkanlardan və perspektivlərdən danışıb.
DQİDK-nın şöbə müdiri radikalizmlə mübarizədə dini icmaları fəal olmağa çağrıb. Ə.Zülfüqarov qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu sahədə ən səmərəli vasitə maarifləndirmə işidir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev dini icmaların radikal təsirlərdən qorunması məsələlərindən bəhs edərək bildirib ki, gənclərin radikal cərəyanların təsirindən qorunması, dini baxışlarının sağlam müstəvidə formalaşdırılması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac var.
Saatlı rayon Ağsaqallar Şurasının sədri Adil Nağıyev isə rayon ağsaqqallarının dini radikalizmlə mübarizədə hər zaman dövlətin yanında olduqlarını diqqətə çatdırıb.
Konfransda çıxış edən Saatlı şəhər Cümə məscidinin axundu, bölgə qazısı Vadər Əliquliyev bölgədəki dini durum barədə geniş məlumat verib.
Bununla da ikigünlük regional konfrans işini başa çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info