FHN-in onuncu ildönümünə həsr olunan kollegiya iclası
Tarix: 16.12.2015 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının onuncu ildönümü münasibətilə dekabrın 16-da genişləndirilmiş kollegiya iclası keçirilib. FHN-in mərkəzi aparatında keçirilən iclas “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan neftçilərin və nazirliyin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Kryuçkovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclası açıq elan edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının onuncu ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb. K.Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi artıq fəaliyyətinin onuncu ilini qeyd edir. Ötən müddət nazirliyin kollektivi üçün əlamətdar olub. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər 2015-ci il ərzində də davam etdirilib. Nazir K.Heydərov 2015-ci il ərzində FHN-in fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər və həyata keçirilən tədbirlərdən danışıb, qurumun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəxsi heyət adından dərin təşəkkürünü bildirib. Qeyd edib ki, ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcək. K.Heydərov qeyd edib ki, Azərbaycan daşqın, sürüşmə, zəlzələ və digər təbii fəlakətlər zonasında yerləşir: “2005-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyi yarandı. Nazirliyin bir çox səlahiyyətlərini regional mərkəzlərə verdik ki, əhali Bakıya gəlmək məcburiyyətində qalmasın. Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsaitlər hesabına çoxlu sayda yanğınsöndürən maşınlar, helikopterlər, hətta bu gün bizdən çox böyük olan ölkələrin parklarında olmayan təyyarə alındı. Eyni zamanda Tikintidə Təhlükəsizliyə Nəzarət, Su Ehtiyatlarının İdarə Olunması Agentliyi və digər agentliklər yaradıldı. Bu qurumlar əvvəllər ayrı-ayrılıqda fəaliyyətlərini effektli qura bilmirdisə, nazirliyin tərkibində effektli fəaliyyət göstərməyə başladı”. Nazir FHN-in Akademiyasının bu gün Azərbaycanda ən yaxşı təhsil müəssisələri sırasında olduğunu diqqətə çatdırıb: “Bu Akademiyada yetişən mütəxəssislər gələcəkdə Azərbaycanın təhlükəsizliyini daha da etibarlı təmin edəcəklər. 10 il əvvəl Prezidentin verdiyi qərar öz bəhrəsini verməkdədir. Təbii fəlakətlər və texnogen qəzalar zamanı xilasedicilərin nümayiş etdirdikləri şücaət göstərir ki, gələcəkdə də Fövqəladə Hallar Nazirliyi əhalinin rahat yaşamasına öz töhfəsini verəcək”. Sonra FHN-in xidmətdə fərqlənən əməkdaşları nazir K.Heydərovun əmri ilə təltif olunublar. Sonda Prezidentə müraciət qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info