“Nardaranda baş verənlər göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur”
Tarix: 16.12.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Bakıda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, qızların hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran vacib və qlobal vəzifələrdən biridir. Qeyd edildi ki, hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlardır. Qeyd etmək lazımdır ki, erkən nikah özü-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial- iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Lakin bu istiqamətdə bütün ölkələr səylərini daha da artırmalı, insanlığa yaraşmayan belə halların qarşısının alınması üçün imkanlarını birləşdirməlidirlər.
Komitə sədri qeyd etdi ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var: “Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Araşdırmalar göstərir ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı çoxdur. Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün yalnız dövlət, ailə yox, həm də cəmiyyət məsuliyyət daşıyır. Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən daim diqqət göstərilir. Ölkənin və dövlətin inkişafı, yalnız, onun iqtisadi imkanlarından, sərvətlərindən deyil, həm də uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən asılıdır. Lakin cəmiyyətin adekvat reaksiyası olmasa, aparılan işlər istənilən nəticəni verməz”.
Diqqətə çatdırıldı ki, Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18-ə qaldırılması aparılan güclü dövlət siyasətinin ən əsas göstəricilərindən biridir və bu sahədə biz hətta bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlayırıq: “Eyni zamanda, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. Azərbaycan hökuməti uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsində maraqlıdır. Bu gün biz nəyin şahidiyik, bir tərəfdən, Qərbdə, xüsusilə, bəzi Avropa ölkələrində insest və pedofiliyanın leqallaşdırılması məsələsi qaldırılır, digər tərəfdən isə İŞİD terrorçuları Daun sindromlu yeni doğulmuş körpələri və fiziki qüsurlu uşaqları edam edirlər. Bu onu göstərir ki, bəşəriyyətin, insanlığın qarşısında həllini gözləyən çox mühüm problemlər var. Lakin, uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edən məsələdir. Bu isə daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxara bilər ki, bunlardan biri də Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq, onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə xüsusilə, analar tərəfindən müraciətlər olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur. Son günlər ölkə başçısının verdiyi sərəncamlar və dövlətin həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir”.
Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artdığını söyləyən komitə sədri bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirməyin və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmağın vacibliyini bildirdi: ”Komitə yarandığı gündən bu məsələlərlə bağlı qabaqlayıcı və profilaktik tədbirlər görür, belə ailə və onların üzvləri haqqında məlumat bazası yaradılır, müxtəlif xidmətlər göstərilir. Son iki ildə Komitənin nəzdində fəaliyyət göstərən 11 regional uşaq və ailələrə dəstək mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-sinin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər icma görüşü və maarifləndirici tədbir keçirilib. Mərkəzlərin yerləşdiyi rayonlarda icra nümayəndəlikləri vasitəsilə birbaşa 30 minə qədər ailəyə ünvanlı maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində risk qrupundan olan şəxslərə və məktəblilərə paylanılıb. Həmçinin 2 min nüsxəyə yaxın erkən nikah bukletləri paylanılıb, maarifləndirici layihələr həyata keçirilir”.
Bildirildi ki, Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilib. Bununla bağlı dövlət başçısının Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası imzalanıb. Konsepsiyaya əsasən Uşaq Strategiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info