“Avropanın çöküşü qarşısıalınmazdır”
Tarix: 17.12.2015 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Tanınmış tarixçi Nial Ferqyuson Qərbin çöküşü ilə bağlı Portuqaliyanın “Expresso” media qurumuna müsahibə verib. O, Qərbin hazırkı çöküşü ilə bağlı bildirib ki, Qərb artıq mövcud deyil: “O, artıq öz dəyərliliyini və vacibliyini itirib. Bu gün Avropa və ABŞ arasındakı uzaq distansiyaya nəzər yetirin. Avropa o qədər hərbisizləşdirilib ki, təklikdə hərbi əməliyyatlar aparmaq iqtidarında deyil və ABŞ-dan kömək umur. Avropanın çöküşü qarşısıalınmaz hal alıb. Bu, iqtisadi, demoqrafik və psixoloji baxımdan da belədir. Avropalıların qanunları olsa da, onlar bu qanunlara inanmırlar. Xüsusi məktəblərdə biz uşaqlara danışırıq ki, Qərb necə zəifdir. Amma Avropadan fərqli olaraq ABŞ-a bu sahədə təhlükələrdən xilas olmaq müyəssər olub”.
O qeyd edib ki, indiyə qədər müəyyən uğurlara nail olmuş Avropa, 21-ci əsrdə artıq öz mövqelərini itirməyə doğru gedir. Müharibələrdən qaçan qaçqınların Avropaya pənah aparması ilə bağlı faktlara toxunan tarixçinin fikrincə, əgər ABŞ daha yaxın olsaydı, qaçqınlar ABŞ-ı qoyub Avropaya getməzdilər: “Avropaya gedə bilən çoxları isə ilk imkan düşən kimi, Amerikaya qaçacaqlar. Bu gün Qərbdə cəlbedici olan yalnız ABŞ-dır. Kaliforniyanın çağırışları Almaniyanın çağırışlarından cəlbediciliyi ilə fərqlənir. Avropa kasıblaşmasa da, çöküşə doğru gedir. Çünki artım tempinə malik deyil. ABŞ isə artım tempinə malikdir. Çin isə artım göstəricilərinə görə, Qərbə nisbətən sürətlə inkişaf edir.
Bəzilərinin Çində demokratiya olmaması və orada yaxın gələcəkdə irimiqyaslı böhranın başlayacağı ilə bağlı fikirlərinə münasibət bildirən Ferqyuson qeyd edib: “Bu, dünyada ən inanılmaz ssenaridir. Həmçinin Çində sosial partlayış da ola bilməz, çünki orada əhali tam nəzarət altındadır”.
Ekspertin fikrincə, valyuta inteqrasiyası vasitəsilə avrointeqrasiya uğurlu layihə deyilmiş: “Avropa quruculuğu yolunda bu variant yararlı deyil. Pis nəticə gözlənilməsi qaçılmaz olan avrointeqrasiyaya can atmaqla, Avropa özü öz işini çətinləşdirib. Büdcə birliyi olmadan, valyuta birliyinin yaradılması yalnız bu cür pis nəticələnə bilər. Qarşıdakı beş il üçün avrozonada artım təxminən bir faiz ola bilər”.
Avropada işsizlik və demoqrafik problemlər üzündən miqrantlarla bağlı problemlərin də çox aktual olduğunu qeyd edən ekspert bildirib ki, bunun əksinə olaraq Çində kollaps gözləmək düzgün deyil: “Onlar dünyada ən sürətli iqtisadi templərlə artmaqdadırlar. Onlar çoxlu sayda iş yerləri yaradıblar. 300 milyondan 400 milyona qədər insanı dilənçilikdən çıxarıblar”.
O qeyd edib ki, bundan sonra maliyyə böhranı həmişə olacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info