Səudiyyə Ərəbistanı iqtisadiyyatımıza 368 milyon dollar yatırıb
Tarix: 17.12.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. Tədbirdə Müştərək Komissiyanın həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərliyi ilə hər iki tərəfdən aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mehriban dostluq və qarşılıqlı maraq prinsiplərinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edib.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər əlaqələrimizin inkişafında dönüş nöqtəsi olmuş və qarşılıqlı əməkdaşlığın təməli qoyulub. Prezident İlham Əliyevin bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfəri və Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Səudla, eləcə də digər dövlət rəsmiləri ilə görüşləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanı dövlətinin bu mövqeyini yüksək qiymətləndirir.
Müştərək Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolunu qeyd edən nazir Şahin Mustafayev Komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, bu müddətdə hüquq-müqavilə bazasının genişləndirilməsi məqsədi ilə vergitutma, hava əlaqəsi, media qurumları arasında əlaqələrin inkişafına dair sənədlər, həmçinin “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması və genişləndirilməsi”nə dair Kredit Sazişi imzalanıb. Hazırda ədliyyə, gömrük işi, baytarlıq, fitosanitariya, mədəniyyət və s. sahələrdə əməkdaşlıq haqqında sənəd layihələri üzrə danışıqlar davam etdirilir. Ümumiyyətlə, indiyədək Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 20-ə yaxın sənəd imzalanıb. Səudiyyə şirkətləri Azərbaycanda ticarət, sənaye, xidmət, bank və sığorta sahələrində uğurla fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanının dövlət və özəl qurumları tərəfindən Azərbaycan iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Səudiyyə İnkişaf Fondu Azərbaycanda bir sıra infrastruktur layihələrində iştirak edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş imkanların olduğunu qeyd edən Şahin Mustafayev işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, o cümlədən ötən gün keçirilən Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumunun və Azərbaycan məhsullarının sərgisinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında, birgə layihələrin həyata keçirilməsində faydalı olacağını bildirib. Bundan başqa, alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahədə yüksək texnologiyalar parklarının yaradılması ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi həyata keçirilir. Bankçılıq və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib. Bildirilib ki, Cənubi Qafqaz iqtisadiyyatının 70%-nə malik olan Azərbaycan son illər tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirib və Səudiyyə Ərəbistanı yük daşımalarında Azərbaycanın tranzit imkanlarından, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə edilə bilər.
Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Müştərək Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osman çıxışında ölkələrimizi ümumi dəyərlərin və qədim tarixin birləşdirdiyini vurğulayıb, Səudiyyə Ərəbistanının Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Müştərək Komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Əbdüllətif bin Əhməd Əl-Osman iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, həmçinin Səudiyyə Ərəbistanının iqtisadiyyatı, Müştərək Komissiya çərçivəsində ölkəsi tərəfindən ötən müddətdə görülmüş işlər barədə məlumat verib.
Sonda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman imzalayıblar. Sənədə əsasən, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, bankçılıq, rabitə və yüksək texnologiyalar, əmək və məşğulluq, mədəniyyət və turizm, idman və gənclik, elm və təhsil, səhiyyə, hava əlaqəsi və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.
Həmin gün Səudiyyə Ərəbistanı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə və konsaltinq, turizm, logistika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Biznes forum çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qida məhsullarının Səudiyyə Ərəbistanında sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan şirkətlərinin 40-dan çox adda kənd təsərrüfatı və qida məhsulları nümayiş olunub, qonaqlara Azərbaycanın biznes və investisiya mühitinə dair bukletlər və digər çap materialları paylanıb.
Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfindən hər iki ölkənin iqtisadiyyatına, investisiya mühiti və biznes imkanlarına dair təqdimatlar keçirilib.
Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatıb.
Səfər zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Əl-Zamil və Səudiyyə Ərəbistanının Əsas Sənaye Korporasiyasının baş icraçı direktoru Yusif Abdulla Əl-Benyan ilə görüşüb. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, iş adamları arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info